Meriya 20-ci sahə, ictimai Palata isə "yox" dedi

img

10-10-2012 [10:52]


Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palatanın (İP) paytaxtda oktyabrın 13-də yürüş keçirməsi ilə bağlı müraciətini cavablandırıb. Şəhər rəhbərliyi göstərilən tarixdə parlamentin buraxılması və qanunverici orqana yeni seçkilərin keçirilməsi tələbi ilə yürüş keçirilməsini məqsədəuyğun hesab etməyib, əvəzində İP-ə Səbail rayonu Bibiheybət qəsəbəsi, 20-ci sahə, Sürücülük Məktəbinin həyətindəki meydançada mitinq keçirilməsini təklif edib. Qeyd edək ki, İP oktyabrın 13-də saat 16.00-dan 18.00-a qədər olan müddətdə Bakının keçmiş Əzizbəyov heykəlinin qarşısından Parlament prospekti ilə Milli Məclisin qarşısınadək yürüş keçirilməsi ilə bağlı paytaxt meriyasına müraciət edib(apa). ?Biz təbii ki, 20-ci sahəyə getməyəcəyik?. Bu sözləri ?Qafqazinfo?ya açıqlamasında AXCP sədrinin müavini Gözəl Bayramlı BŞİH-nin onlara 20-ci sahədə yürüş keçirməsinə razılıq verməsinə münasibət bildirərkən səsləndirib. Onun sözlərinə görə, İctimai Palatanın Koordinasiya Şurası bundan sonra müzakirələr aparacaq: ?İP bildimişdi ki, hakimiyyət onların istədiyi məkanda yürüş keçirməyə imkan verməsə, bundan sonra yığışaraq razılaşdırılmamış şəkildə yürüşün vaxtını və gününü dəqiqləşdirəcək?. Qeyd edək ki, İctimai Palata oktyabrın 13-də saat 16.00-dan 18.00-a qədər olan müddətdə Bakının keçmiş Əzizbəyov heykəlinin qarşısından Parlament prospekti ilə Milli Məclisin qarşısınadək yürüş keçirilməsi ilə bağlı paytaxt meriyasına müraciət edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA