Məhkəmə ADP-çi gəncin iddiasını təmin etmədi

img

09-10-2012 [04:43]


Bu gün Ali Məhkəmədə ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyevin Bakı Şəhəri Mədəniyyət Turizm idarəsinə qarşı olan işə bərpa iddiası əsasında məhkəmə prosesi olub. Proses Ali Məhkəmənin hakimi M. Əhmədovanın rəhbərliyi ilə keçirilib. İclasda Cəmil Hacıyevin vəkili Sadiq Bağırov da iştirak edib. Məhkəmədə çıxış edən vəkil Sabiq Bağırov iddianı müdafiə etdiyini və hakimlərdən iddianı təmin etməyi xahiş edib. Cəmil Hacıyev isə çıxışında bildirib ki, Bakı Apelyasiya məhkəməsinin 3 mayda olan iclasın qarşı tərəfin vəkili gəlmədiyi üçün 24 may tarixinə təxirə düşmüşdü: ?24 mayda evimdən çıxıb məhkəməyə getdiyim halda Bakı Şəhər Baş Polis İdarəsinin işçiləri tərəfindən həbs edildiyimdən məhkəmə iclasında iştirak etməmişəm. Məkkəmə iclası üçüncü dəfəyə təxirə salmalı olduğu halda bunu etməmiş və ikincı dəfədən qərar qəbul edibdir. Həm Səbayel, həm də Bakı Appelyasıya Məhkəməsinin hakimlərdən mənə qarşı olan protokolların saxta olmadığını və ona imza atanların məhkəmədə dindirilməsini bildirsəmdə bu iddia təmin edilməyib. Hər iki məhkəmə instansiyası ədalətli tədqiqat aparmadan mənim iddiamı qəbul etməyibdir?. Vəkil çıxışının davamında onu da qeyd edib ki, Cəmil Hacıyevın işdən azad edildiyi Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi təsdiq edən heç bir ekspert rəyi yoxdur və əmək intizamını pozulma halları məhz məhkəmə qərarlarına əsaslanır ki, bu hallardan da yalnız bir yuxarı instansiyalara şikayət etmək olar: ? Cəmil Hacıyev işə gəlmədiyi günlər barədə həm izahat həmdə məhkəmənin inzibati xətalar üzrə qərarlarını təqdim etmişdir.Yaxşı olar ki, appelyasiya məhkəməsinin qərarı ləğv edisin və iş yenidən baxılması üçün aşağı instansiyaya qaytarılsın?. Bakı Şəhəri Mədəniyyət Turizm idarəsinin vəkili isə çıxış edərək iddianın rədd edilməsini və apelyasiya məhkəməsinin qərarını qüvvədə saxlanmasını bildirib. Bundan sonra məhkəmə müşavirəyə gedib. Müşavirədən qayıdan məhkəmə iddiani təmin etməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA