Əli insanov açıqlama verəcək

img

08-10-2012 [02:27]


Hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov eks-deputat Gülər Əhmədova ilə bağlı yayılan videoqalmaqalda adının çəkilməsindən xəbərsizdir. Mia.az xəbər verir ki, bu barədə Modern.az saytına keçmiş nazirin vəkili Toğrul Babayev məlumat verib. Vəkil bildirib ki, o, ötən həftə Əli İnsanovla görüşsə də, bununla əlaqədar hər hansı məsələ müzakirə olunmayıb. T.Babayev yaxın günlərdə Əli İnsanovla görüşərək videomaterial haqda onun fikirlərini çatdıracağını deyib: ?Mən ötən həftə Əli İnsanovla görüşdüm, amma onunla bu haqda danışmadıq. O, görüş zamanı sözügedən video ilə bağlı hər hansı fikir bildirməyib. Yəqin ki, yaxın zamanlarda mən yenidən Əli müəllimlə görüşüb bu haqda onun fikirlərini öyrənib sizə ətraflı məlumat verəcəm?. Qeyd edək ki, Gülər Əhmədovanın deputat mandatının əlindən alınması ilə nəticələnən məlum videoskandalda sabiq səhiyyə naziri Əli İnsanovun da adı çəkilir. Sabiq deputat gizli çəkiliş zamanı vurğulayıb ki, parlamentin formalaşmasında həbsdə olan nazirlər Əli İnsanov və Fərhad Əliyevin dəstəklədiyi deputatların siyahısı mövcuddur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA