Gəncənin icra bazçısı müxalifətçilərə qarzı

img

08-10-2012 [10:40]


6 oktyabrda Gəncədə YAP-ın akt zalında müəllimlər gününə həsr edilmiş konfrans kecirilib. Konfransda çıxış edən şəhər icra hakimiyyəti başçısı Elmar Vəliyev öz çıxışında təhsilə və müəllimlər gününə aid olmayan bir mövzudan da söz açıb. Belə ki Elmar Vəliyev ali və orta məktəb direktorlarına tapşırıq verib ki, hər direktor məktəbindəki müxalifətçilərin siyahısını tutub icra başçısına göstərməlidir. Həmin müxalifətçilərlə tək-tək söhbət aparılıb, xəbərdarlıq edilməlidir. O müxalifətçi də dönüb YAP-çı olmalıdır. Əks halda işdən qovulmalıdır. Bu repressiyadan başqa bir şey deyil. Belə çıxır ki, müxalifətçi olmaq, cinayətdir. Onu da qeyd edək ki, həmin konfransda bir məktəb direktorunu da ayağa qaldırıb, camaata göstərərək "baxın, müxalifətçidir" deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA