KXCP ALi Məclisi toplandı, xeyli məsələyə baxıldı

img

08-10-2012 [12:18]


Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) ALİ Məclisinin növbəti sessiyası keçirilib. Sessiyanın gündəliyində ötən iclasda qəbul olunmuş Qərarların icra vəziyyəti və ölkədəki ictimai siyasi vəziyyət müzakirə olunub. Partiyadan verilən məlumata görə, Ali Məclisin sessiyasında qərara alındı ki, Məclisin 29 aprel 2012- ci il tarixdə keçirilmiş sessiyasında qəbul olunmuş qərara uyğun olaraq Qərarların icra vəziyyəti bölümündə Fəaliyyət istiqamətlərinə məsul olan şəxslərin hesabat verilməsi qərara alınıb. İlkin hesabat KXCP Ali Məclisinin sədri Bəybala Əbil tərəfindən verilib. O, hesabatında ötən 1 il 4 ay müddətində Ali Məclisin sədri kimi fəaliyyəti dövründə görülən işlərlə bağlı ətraflı məlumat verdi. Növbəti hesabatlarla KXCP Sədrinin təşkilati məsələlər üzrə müavini Xəzər Teyyublu və KXCP Sədrinin Strateji məsələlər üzrə müavini Aydın Mədətoğlu çıxış etdi. Hesabatlar müsbət qiymətləndirildi. Ölkədəki ictimai siyasi vəziyyət haqqında KXCP sədri Mirmahmud Mirəlioğlu çıxış edib və məclis üzvlərinin suallarını cavablandırıb. KXCP Ali Məclisin sessiyasında qərara alınıb ki, partiyanın İnkişaf Planının Fəaliyyət İstiqamətlərinin KXCP rayon (şəhər) şöbələrində müzakirələr təşkil olunsun, təklif və tövsiyyələrini partiyanın təşkilat şöbəsinə çatdırsınlar. Məclisin digər qərarı ilə KXCP rayon (şəhər) şöbələrinə tapşırıldı ki, partiyanın Seçki Qərargahının işinin gücləndirilməsi üçün lazımi addımlar atılsın və Mərkəzi Seçki Qərargahının formalaşması KXCP İdarə Heyətinə həvalə olundu. Məclisin digər qərarı ilə real müxalifət partiyaları arasında inteqrasiya prosesinin gücləndirilməsi və dərinləşdirilməsi üçün lazımi addımlar atılsın və bu işin daha sistemli, ardıcıl həyata keçirilməsi KXCP İdarə Heyətinə tapşırılsın. KXCP Ali Məclisi Ədalət Yusubovun, Rüfət Sahiboğlunun, Fikrət Cəfərovun, Qaya Əliyevin və Rafiq Abdullanın İdarə Heyəti üzvlüyündən azad edilməsi haqqında qərar qəbul etdi. Ölkədəki ağır sosial- iqtisadi durum, ictimai- siyasi vəziyyətlə bağlı KXCP Ali Məclis tərəfindən bəyanat qəbul olunsun. Bəyanatda ictimai siyasi fəaliyyətinə görə gənc fəalların- Musavat GT- nın sədri müavini Nigar Yaqublunun və NİDA GH- nın fəalı Zaur Qurbanlının həbsi, eləcə də bu gün ölkədə yüzlərlə günahsız şəxsin həbsdə saxlanılması pislənilir. Həmçinin 03 oktyabrda AŞPA- da ?Siyasi məhbus anlamına dair kriteriyaların? qəbul olunması təqdir olunur və Azərbaycan hökümətindən bu kriteriyaya uyğun olaraq qanunsuz həbsdə saxlanılan şəxslərin dərhal həbsdən buraxılmasını tələb edir. Azərbaycanda hakimiyyətin son 19 ildə qanunsuz yolla, qeyri- legitim şəkildə zəbt olunması bu yaxınlarda MM- in keçmiş üzvü Gülər Əhmədova ilə fəaliyyətinə xitam verilmiş ABU- nun sabiq rektoru Elşad Abdullayev arasında olan ?mandat bazarlaşması?- nın deşifrə olunması bir daha sübut olundu. Təəssüf doğuran haldır ki, digər məsələlərdə olduğu kimi bu məsələyə də hakimiyyət özünəmxsus şəkildə kosmetik, aldadıcı münasibət sərgiləyir. Hakimiyyətin vətəndaş cəmiyyəti, media qurumları və müxalifətlə normal dialoq müstəvisindən yayınması və mövsümü olaraq ?dialoq? predimetindən siyasi alət kimi istifadə etməsi və immitasiya ilə məşğul olması pislənilir. Dövlət büdcəsinin əsasını təşkil edən neft gəlirlərinin səmərəsiz və qeyri- şəffaf xərclənməsi, talan edilməsi fonunda ölkədəki sosial- iqtisadi vəziyyətin ağır olaraq qalması, 2010- cu ilin yazında baş vermş Kür- Araz daşqınlarının və 2012- ci il mayında Şəki- Zaqatala bölgəsində meydana gəlmiş zəlzələnin ağır nəticələrinin hələ də aradan qaldırılmaması ciddi narahatlıq və acı təəssüf hissi doğurur. KXCP tələb edir ki: Qanunsuz həbs olunmuş ictimai fəallar azadlığa buraxılsın; Saxta və alqı- satqı yolu ilə formalaşmış Parlament buraxılsın və yeni seçkilər keçirilsin; 2013- cü ildə keçiriləcək Prezident seçkiləri öncəsi ölkədə demokratik seçki mühitinin yaradılması, seçki komissiyalarının paritet əsaslarla formalaşması istiqamətində təxirə salınmaz tədbirlər həyata keçirilsin; Əhalinin sosial- iqtisadi problemlərinin həlli və 2010, 2012- ci ildə baş vermiş fəlakətlərin nəticələrinin aradan qaldırılması istiqamətində təxirə salınmaz tədbirlər görülsün; KXCP bəyan edir ki, yuxarıda qeyd olunan sosial, iqtisadi, siyasi və s. problemlər həll olunmazsa bu ölkədə dərin sosial partlayışın baş verməsinə təkan verə bilər. KXCP öz üvlərini kütləvi aksiyalara hazırlaşmağa çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA