ADP dindarların aksiyası ilə bağlı bəyanat verdi

img

06-10-2012 [12:15]


Azərbaycan Demokrat Partiyası inanclı vətəndaşlarin 05.09.2012-ci il tarixdə Təhsil Nazirliyinin qarşısında hicaba azadlıq adı altında keçirdiyi aksiya ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir. ADP Prezident seçkiləri yaxınlaşdıqca Azərbaycanda ictimai-siyasi vəziyyətin artan gərginliklə inkişaf etdiyini, bəzi daxili və xarici pozucu qüvvələrin fəallaşmasınıdan narahatlıq ifadə edir. ADP Azərbaycanda vicdan azadlığı uğrunda vətəndaşların mübarizəsini müdafiə etməklə yanaşı, bu cür aksiyaların zoraklıq müstəvisinə keçməsini yolverilməz hesab edir. ADP təxribatçı qüvvələin təhriki ilə baş vermiş polislərlə toqquşmanı demokratiyaya ciddi ziyan vuracağını xüsusilə vurğulayaraq, bundan qaçmağa təxribata yol verməməyə çağırır. ADP polisin mitinqçilərə qarşı aşırı güc tətbiq etməsini hakimiyyətin sanksiyalaşmamış zorakılığı kimi dəyərlənidir. ADP- vətəndaşların ağır sosial-iqtisadi problemləri olmasına baxmayaraq proseslərin zorakılıqlıq müstəvisinə keçməsini dövlətin və millətin maraqlarına zidd olduğunu bildirir və vətandaşların öz hüquq və azadlıqları ugrunda mübarizəsini dinc demokratik üsullarla hüquq müstəvidə aparmaga çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA