Gülər Əhmədovadan Əli Əhmədova cavab

img

04-10-2012 [03:46]


Məlum olduğu kimi, YAP-dan yenicə çıxarılan sabiq rektor Elşad Abdullayevin YAP-çı deputat Gülər Əhmədovanın rüşvət alması məqamını təsdiqləyən videogörüntüləri yayımlamasından sonra xanım deputatın sərəncamında olan ?merkez.az? saytı xüsusən şou-biznes əhlini, bəzi müstəsna hallarda isə cəmiyyətdə tanınan ictimai-xadimləri Elşad Abdullayevin əleyhinə danışdırır. Bu gün ?merkez.az?-a müsahibə verən Sevil Nuriyeva isə digərlərindən fərqli olaraq YAP-ın icraçı katibi Əli Əhmədovun xanım deputatla bağlı fikirlərinə toxunaraq onu ad çəkmədən kəskin tənqid edib. O, bildirib: ?Diqqətimi çəkən bu məsələdə ortaya qoyulan üslubdur, cəmiyyətin aqressiv tərzidir. Birilərinin başqasının bədbəxtliyindən sevinə biləcək qədər rəzillik nümayiş etdirməsidir. Və ən nəhayət hakim partiyanın önəmli funksionerinin çıxıb işin əsli-astarı müvafiq orqanlar tərəfindən dəqiqləşdirilmədən əqidədaşlıqdan imtina etmənin asanlığının nümayiş etdirməsi idi. Bu hadisə motiv qədər cəmiyyətin bu və buna bənzər hadisələr zamanı verməli olduğu imtahan anlayışını da ortaya qoydu. Adətən belə hadisələr yalnız hadisəyə bağlı insanların, ismi zikr edilən isimlərin imtahanı olmur. Həm də media, siyasi partiyalar, ziyalılar, bütünlüklə cəmiyyətin imtahanı olur. Məsələn, hakim partiyanın rəhbərlərindən birinin verdiyi açıqlama öz əqidədaşını satan ?mən siravi vətəndaşa hara qədər sahib çıxa bilər? sualını öz-özümə verdirdi. Məsələni aydınlaşdırmadan məhkəmə qərarı olmadan həm kürsü yaradıb, həm də müttəhim elan etmək hansı standartlara görə müəyyənləşdi, mənə maraqlıdır. Biz Avropanın insan haqları dəyərlərindən tez-tez danışırıq. Bir görüntünün tam anlamıyla məğzi ortaya çıxmadan kəskin ifadələr istifadə etmək, cani kimi davranmaq hansı normalara əsaslanır, bunu bilmək maraqlı olardı.? Sevil Nuriyeva müsahibəsində həmçinin Əvəz Zeynallı məsələsinə də toxunaraq, ?Doğrudur, burda mütləq vurğulamaq istəyirəm: jurnalist Əvəz Zeynallı məsələsində addımlarını doğru hesab etmədim. Məncə Gülər xanım bu üslubdan istifadə etməyə bilərdi. Bəlkə başqası üçün çətin olardı, amma Gülər Əhmədova bu faktla bağlı səbrli davrana bilərdi. Buna çox təəssüf etmişdim? deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA