BAXCP dindarların aksiyasına münasibət bildirdi

img

08-10-2012 [04:46]


Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan xəbərə görə, iclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və təşkilati məsələlər müzakirə olunub. BAXCP İdarə Heyətinin müzakirəsinə çıxarılan ilk məsələ aqressiv dini əhval-ruhiyyədə köklənmiş bir qrup şəxsin oktyabrın 5-də Azərbaycan Respublikası Təhsil Hazirliyinin qarşısında keçirdiyi aksiya ilə bağlı olub. BAXCP İdarə Heyəti aksiya zamanı dini ekstrimist qrup üzvlərinin aqressiv və zorakı davranışlara yol vermələrini qətiyyətlə pisləyib: "BAXCP İdarə Heyəti hesab edir ki, aksiyaya zorakı əməllər törətmək və polislə qarşıdurmaya getmək üçün hazırlıqlı gəlmiş dini ekstrimistlərin arxasında duran qüvvələrin kimliyi müvafiq qurumlar tərəfindən müəyyənləşdirilməli və bu barədə ictimaiyyətə məlumat verilməlidir". BAXCP aksiya zamanı qanuna zidd əməllərə yol vermiş şəxslər zərərsizləşdirildikdən sonra onlara qarşı polis tərəfindən ifrat güc tətbiq edilməsini də yolverilməz hesab edir. BAXCP İdarə Heyətinin qənaətinə görə, polis belə vəziyyətlərdə maksimum təmkin nümayiş etdirməli, ifrat güc tətbiqindən çəkinməlidir. Qeyd edək ki, İdarə Heyənin toplantısında partiyanın III Qurultayına hazırlığın vəziyyəti və Qurultayın müzakirəsinə təqdim olunacaq sənədlərlə bağlı müzakirələr də aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA