Tahis Abbaslı: "Ölkədə ictimai-siyasi proseslər gərginləzir"

img

02-10-2012 [01:01]


lkədə ictimai-siyasi proseslər gərginləşir. Hesab edirəm ki, bu tipli qəfil gərginləşmələr onsuz da tam sabit olmayan durumu tamamilə nəzarətdən çıxara bilər". Bu fikri AİDP sədri Tahir Abbaslı Gülər Əhmədova ilə bağlı yayılan videodan sonra ölkədə yaranmış durumu qiymətləndirərkən deyib. Onun fikrincə bu olay və onun pərdəarxası məqamları ölkədə gərginlik yaradıb: "Müxalifət haqlı olaraq bu hadisənin tam şəkildə ortaya çıxmasına çalışır. Mən də o fikirdəyəm ki, bu hadisə bütün detalları ilə birlikdə aşkara çıxarılmalıdır. Amma əksi baş verir. İqtidar məsələnin üzərinə getmək əvəzinə müxalifətin üzərinə gedir, bu hadisəni şişirtməkdə suçlayır. Bu səhv yanaşmadır. Birincisi müxalifətin bu hadisədən istifadə etməsi normal bir haldır. Belə bir dəhşətli fakt var. Bir deputat hakimiyyətin bütün problemlərini ortaya qoyursa müxalifət nə etməlidir? Müxalifətin dediyində həqiqət var. Bəli burada hakimiyyətdaxili qruplaşmaların mübarizəsi də özünü göstərir". AİDP sədri hesab edir ki, əgər hakimiyyət sudan quru çıxmaq istəyirsə Əli Əhmədovun dili ilə dədləduz adlandırdığı deputatın əməllərinə hüquqi don geyindirib onu cəzalandırmalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA