Hafiz Hacıyev: "Qanunu pozan hər bir zəxs cəzalandırılmalıdır"

img

01-10-2012 [04:13]


Bu gün Muasir Müsavat Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda öncə qərarların icrası və görülən işlərə baxılıb. Gündəliyin partiyadaxili məsələlər bölümündə prezident seçkisinə hazırlıqla bağlı keçən toplantıda verilən tapşırıqların gedişatı müzakirə edilib. Son bir həftə ərzində rayon təşkilatlarında həyata keçirilmiş tapşırıqlar haqqında məlumat verilib. Görüləcək işlərlə bağlı konkret qərarlar qəbul edilib və yeni tapşırıqlar verilib. İctimai-siyasi vəziyyətə dair məsələnin müzakirəsi zamanı partiyanın ictimai-siyasi işində aktiv iştirak edən partiya fəallarına pəhbərlik tərəfindən təşəkkür edilib. Daha sonra tədbirdə son bir həftədə ölkənin gündəmini zəbt edən rüşvət qalmaqalına münasibət bildirilib. MMP sədri Hafiz Haciyev də baş verən hadisəni müsbət qiymətləndirməyib. O, mövcud durumdan öz şəxsi mənafeləri xeyrinə yararlanmaq istəyən bəzi qüvvələrə də mesaj ünvanlayıb: "Bəzi qüvvələr ölkənin beynəlxalq aləmdə nüfuzunun ləkələnməsi üçün bütün fürsətlərdən faydalanmağa çalışırlar. Xarici düşmənlərimiz də bu cür dürümlarda təzyiq vasitəsi kimi daxili qüvvələrdən daha çox istifadə edir. Çünki xaricdən daxildə gedən proseslərə müdaxilə etmək çətindir. Daxili bədxahlarımız isə ağına-bozuna baxmadan, ölkəmizin yanlış təqdimatına səbəb olacaq açıqlamalarla çıxış edirlər. Şəxsi maraqlarını milli maraqlardan üstün tutanlar unutmasınlar ki,ölkənin sabitliyini qorunub saxlanmasını da istəyən qüvvələr mövcuddur. Fürsət yaranan kimi müxtəlif çıxışlar, böhtanlar və siyasətə yad olan davranışlarla özlərinin əsas simalarını sərgiləyən Əli Kərimovlar, İsa Qəmbərlər qoy, Məni unutmasınlar. Bir də hamı bilməlidir ki, özlərini xilaskar kimi qələmə verən bir qurup siyasi ?alverçilər? üçün xalqın heç bir əhəmiyyəti yoxdur. Onlar üçün dövlətdə qarışıqlıq olsun, Azərbaycan dağılsın və bu fürsətdən istifadə edib hakimiyyətə gəlsinlər. Tək əhəmiyyətli olan budur. Azərbaycanın inkişafı, uğurları, beynəlxalq aləmdə təmsil olunması onlara vacib deyil. Mənim bu çıxışımı bəlkə yozanlar da olacaq. Güya mən cinayətkarı və yaxud korrupsioneri dəstəkləyirəm. Əsla yox! Qanunu pozan hər bir şəxs cəzalandırılmalıdır. Yəni siyasi mənsubiyyətindən, peşəsindən asılı olmayaraq istənilən şəxs qanunu pozan hərəkətlərə yol verdiyi təqdirdə ədalət, hüquq qarşısında cavab verməli və cəzalandırılmalıdır?. Tədbirin sonunda ölkədə qarışıqlıq yaratmaq üşün hər hansı hadisədən istifadə edib avantrüst bəyanatlara,şantaj və digər üsullara əl atan qüvvələrə xəbərdarlıq ünvanlanıb ki, ölkənin milli maraqlarına xələl gətirəcək hər bir addımdan çəkinsinlər, əks təqdirdə MMP bunun qarşısını almaq üçün müvafiq tədbirlər görməyə məcbur olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA