BQP Siyasi Qurulunun növbəti toplantısı keçirlib

img

01-10-2012 [03:15]


Dünən Böyük Quruluş Partiyası Siyasi Qurulunun növbəti toplantısı keçirlib. İclasda ictimai-siyasi vəziyyət, seşkili orqanların fəaliyyəti, BQP Ali Məclisinin növbəti iclasının çağrılması haqqında və cari məsələlər müzakirə edilib. Partiyanın ali icraedici qurumu qarşısında məruzə ilə çıxış edən partiya Başqanı, Millət vəkili Fazil Mustafa ölkədəki mövcud ictimai ?siyasi vəziyyət, keçirdiyi görüşlər, partiya Başqanı olaraq, fəaliyyəti və qarşıda duran vəzifələrdən danışıb. BQP Ali Məclisinin sədri Ə.Əliyev iclaslararası dövrdə yerli təşkilatlarda keçirilən ümumi yığıncaq və konfranslar, partiyanın müxtəlif tədbirlərdə təmsil olunması haqqında məlumat verib. Siyasi Qurulun iclasında qərara alınıb ki, partiyanın Ali Məclisinin növbəti iclası bu ilin noyabr ayının birinci ongünlüyündə keçirilsin. İclasda həmçinin partiyadaxili intizamın Nizamnamə və müvafiq Əsasnamələrə uyğun olaraq gücləndirilməsi qərarlaşdırıb. Böyük Quruluş Partiyasının Siyasi Qurulunda son günlər ölkə ictimaiyyətinin diqqətini cəlb etmiş məlum video hadisəsinə münasibət bildirilərkən bu cür halların ölkənin imicinə və bütünlükləonunbeynəlxalq nüfuzuna ciddi mənfi təsiretdiyi qeyd edilir,məlum faktın siyasi çevrəyə aid olduğunu və ictimai mahiyyət daşıdığını nəzərə alaraq,aidiyatı qurumlar tərəfindən ciddiyyətlə araşdırılmasının və korrupsiya faktlarına qarşı daha ardıcıl və barışmaz mübarizə aparılmasınınvacibliyi vurğulanır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA