ALP-dən Nigar Yaqubluya dəstək

img

29-09-2012 [06:29]


Azərbaycan Liberal Partiyası gənc fəal, Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Nigar Tofiq qızı Yaqublunun həbsindən dərin narahatlıq keçirir və bu həbsi qətiyyətlə pisləyir. ALP-nin MİA-ya daxil olan bəyanatda deyilir ki, ALP hər kəsin qanun qarşısında bərabər olduğunu və siyasi mövqeyindən, sosial statusundan asılı olmayaraq hər bir vətəndaşın törətdiyi əmələ görə adekvat məsuliyyət daşımalı olduğunu bildiririk, amma qərəzliliyə etiraz edirik: ?Nigar Yaqublu barəsində seçilmiş həbs qəti-imkan tədbiri analoji qəzalara görə Azərbaycan praktikasında bugünədək rast gəlinməyən bir hadisə olmaqla həbsin siyasi motivləri ilə bağlı şübhələri doğruldur. Ziyalıların, millət vəkillərinin seçilmiş həbs qəti-imkan tədbirinin dəyişdirilməsi ilə bağlı müraciətlərinin nəzərə alınmaması, eləcə də daha ağır nəticələrə səbəb olan digər analoji hadisələr zamanı belə istintaq tədbirlərinin görülməməsi tərəfimizdən təkcə Nigar Yaqubluya qarşı deyil, fəal, azadfikirli gəncliyə qarşı ədalətsizlik və siyasi təzyiq kimi qiymətləndirilir?. Bütün bunları əsas gətirərək ALP N.Yaqublu barədə seçilən həbs-qətimkan tədbirinin dəyişdirilərək azadlığa buraxılmasını tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA