Əvəz Temirxanın məhkəməsi bazlayır

img

15-09-2012 [04:36]


Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxanın Vəkillər Kollegiyasına qarşı qaldırdığı iddia üzrə məhkəmənin növbəti ?raund?na start verilir. Bu barədə mia.az-a daxil olan xəbərdə bildirilir ki, ixtisasca hüquqşünas olan Əvəz Temirxan vəkillik fəaliyyəti ilə məşğul olmaq istəsə də, Vəkillər Kollegiyası onun qarşısına sədd çəkib. Temirxan iddia edir ki, test imtahanı verərək yüksək nəticə göstərməsinə rəğmən, Vəkillər Kollegiyası siyasi mövqeyinə görə növbəti mərhələni keçməsinə imkan verməyib: ?Məhz buna görə də, Əvəz Temirxan Nəsimi Rayon Məhkəməsində Vəkillər Kollegiyasına qarşı ?Vəkillər Kollegiyası üzvlüyünə qəbuldan imtinanın qanunsuz sayılması? tələbi ilə iddia qaldırıb. Amma məhkəmə onu haqlı saymayıb. Əvəz Temirxan da bu qərardan apellyasiya şikayəti verib. Hazırda onun şikayəti Bakı Apellyasiya Məhkəməsində icraata qəbul olunub, araşdırılır?. Məlumata görə, Əvəz Temirxanın şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Raqub Qurbanovun sədrlik etdiyi hakimlər heyəti baxacaq: ?Hakim Raqub Qurbanov iş üzrə sentyabrın 20-i, saat 15:30-a proses təyin edib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA