ilyas ismayılovun oğlu narazılıq yaradıb

img

27-09-2012 [03:24]


gn=left]azad-mesiyev.jpg[/libt] [b]Azad Məsiyev: "Sən kimsən, hansı səviyyən var ki, hüquq elmlər doktoru, professor İlham Rəhimov sənə cavab versin"[/b] ?Özünə hörmət edən insan gərək danışığında, davraşında diqqətli olsun, xüsusi ilə də Etimad İsmayılov, çünki onun atası cəmiyyətdə tanınan adamdır, deputatdır?. Bu sözləri Ədalət Partiyasının sədri İlyas İsmayılovun keçmiş köməkçisi Azad Məsiyevin MİA-ya göndərdiyi məktubunda yazıb. Daha sonra məkbuda yazılır: ?Mən, İlyas İsmayılovla sağollaşıb ayrılandan sonra bir dəfə də olsun onun adını hansısa məsələdə mətbuatda hallandırmamışam. Xatırladıram ki, bu xoşagəlməz prosesi İ.İsmayılovun oğlu başlayıb. Amma birinci dəfə ona cavab vermədim, dedim, İlyas müəllimin oğludur, baxdım ki, cavab verməyəndə ayağı yer alır. O, öz atasına hörmət eləmirsə, məndən nə gözləməlidir. Hələ partiyada olanda Etimada deyirdim ki, atana görə sənə dözürlər, elə bilmə ki, bu, sənin qazandığın hörmətin nətijəsidir. İndi isə Etimadın mənim barəmdə dediklərinə aydınlıq gətirim. Bəli, mən 1992-1996- cı illərdə MTN?də işləmişəm, dövlətimə və xalqıma bacardığım qədər xidmətim olub, bununla da fəxr edirəm. O ki qaldı Elçibəyi qorumaq məsələsinə, mən MTN-də sadə əməliyyat işində çalışmışam İ.İsmayılov isə general olub və Ədliyyə naziri işləyib. Yaxşı olardı bu ifadələri, o, öz atansına desin. O ki qaldı səviyyə məsələsinə, onu tanıyanlar tərbiyəsinə, əxlaqına bələddirlər. Ancaq bir faktı oxuculara çatdırmaq istəyirəm ki, Etimadın kimliyini daha yaxşı tanısınlar. Mən, Ədalət Partiyasında İ.İsmayılovla bir yerdə çalışdığım vaxtlar Etimadın, dostu indi rəhmətə gedib (Allah rəhmət eləsin) mənə yaxınlaşdı ki, Etimad sənə 300 manat verəcək, ancaq onun dediyi kimi işləyəcəksən. Mən cavabımda dedim: İlyas müəllim bilirmi, siz mənə pul verirsiz? Dedi ki, yox, heç kim bilmir. O zaman mən etiraz etdim və dedim ki, İlyas müəllimin bilmədiyi işi görə bilmərəm. Baxmayaraq ki, 100 manata da ehtiyacım vardı. Sonralar bu təklifin üstü açıldı, İ.İsmayılovun da xəbəri oldu. İndi Siz oxucular qiymət verin, Etimadın səviyyəsinə. Digər tərəfdənsə, sən kimsən, hansı səviyyən var ki, hüquq elmlər doktoru, professor İlham Rəhimov sənə cavab versin?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA