Bahar Muradova almanları qəbul edəcək

img

18-09-2012 [02:35]


Azərbaycan Milli Məclisin sədr muavini Bahar Muradova sentyabrın 19-da Almaniya Bundestaqının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edəcək. Almaniyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Bundestaqın deputatı xanım Viola von Cramon-Taubadelin rəhbərlik edəcəyi nümayəndə heyətinin səfər məqsədi Beynəlxalq Parlament stipendiya proqramı (İPS) uçun Azərbaycandan olan namizədləri seçməkdir. İPS proqramı cərcivəsində dunyanın 28 olkəsindən 120 təqaudçu 1 mart 2012-31 iyul 2013-cu il tarixinədək Almaniya Bundestaqı tərəfindən tam maliyyələşdirilən stipendiya çərçivəsində Almaniyanın parlamentar sistemi ilə tanış olmaq imkanı əldə edirlər. Proqramın məqsədi siyasətin aparılması və demokratik qərarların verilməsi proseslərini yaxından gorməkdir. Təqaudçulər alman parlamentinin bir deputatının yanında işləyirlər və eyni zamanda Berlin Universitetlərinin birində tələbə olaraq yazılırlar. Onlar həmçinin universitetin muhazirə və seminarlarında da iştirak edə bilirlər. Bu proqram Almaniya Bundestaqının prezidentinin xususi himayəsi və uç Berlin universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Butun səfər, yaşayış və sığorta xərcləri habelə aylıq stipendiya Almaniya tərəfindən odənilir. Hər il dekabr ayından etibarən İPS proqramında iştirak etmək uçun muraciət ərizələri Bakıdakı alman səfirliyində təqdim olunur. Numayəndə heyəti Azərbaycanda olduğu muddətdə siyasət, iqtisadiyyat və təhsil sahələrindən olan insanlarla goruşlər keçirəcəkdir. Həmçinin artıq bağlanmış əlaqələri qoruyub saxlamaqdan ötrü sabiq təqaüdçülərlə də bir görüşün keçirilməsi nəzərdə tutulub. Bir çox dovlətlərdə sabiq təqaudçulər interkultural dialoqu saxlamaq və şəbəkələşmək uçun birlik yaradılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA