Oqtay Əsədov Albaniyaya səfərə gedəcək

img

15-09-2012 [04:11]


Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti sentyabrın 16-dan 19-dək Albaniyanın paytaxtı Tirana şəhərində rəsmi səfərdə olacaq. ?ümayəndə heyətinin tərkibinə deputatlardan Mirkazım Kazımov, Çingiz Əsədullayev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər. Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Albaniya parlamentində olacaq, ölkənin qanunverici orqanının fəaliyyəti ilə yaxından maraqlanacaq, albaniyalı həmkarları ilə parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparacaqlar. Səfər zamanı Milli Məclisin sədri Oqtay Əsədovun Albaniyanın Prezidenti Buyar Nişani, parlamentin sədri xanım Jozefina Topalli, Baş nazir Sali Berişa və digər rəsmi şəxslər ilə bir sıra görüşləri də nəzərdə tutulu?. Görüşlərdə ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında danışıqlar aparılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA