Hafiz Hacıyev Türkiyəyə gedib

img

10-09-2012 [04:28]


Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Elçibəyin zəhərlənməsi məsələsi ilə bağlı Türkiyəyə gedib. Bu barədə qəzetimizə H.Hacıyevin özü məlumat verib. Partiya sədri deyib ki, sentyabrın 8-i səhər saatlarından İstanbuldadır və burada bir sıra görüşlər keçirib: ?Bilirsiniz ki, Elçibəyin oğlu Azərbaycan mətbuatınaaçıqlama verib və bildiib ki, atasının şəxsi həkimi də ona zəhərləndiyini bildirib. Yəni, artıq bəyin ailə üzvləri də onun zəhərlənmə məsələsini danmırlar. Ona görə də mən məsələni yerinə araşdırmaq üçün Türkiyəyə gəlmişəm. Bu günün həmin həkimlə görüşəcəm. Ondan sonra Ankaraya yola düşəcəm və Əbülfəz Elçibəyi müayinə edən digər həkimlərlə də görüşəcəyəm. Bu işdə mənə Azərbaycanın diplomatik nümayəndəliyi və o zaman dost münasibətim olan Türkiyənin önəmli vəzifələrində olan şəxslər yardımçı olurlar?. H.Hacıyev sentyabrın 9-da bir sıra media nümayəndələri ilə görüşəcəyini bildirib. Onun sözlərinə görə, bu gün Türkiyə ictimaiyyəti də bu məsələni diqqət mərkəzində saxlayır: ?Hazırda Türkiyədə də müəyyən dairələr Elçibəin zəhərlənməsini bilirlər. Təəssüf edirəm ki, Elçibəyə yaxın olan bəzi qadınlar Türkiyədə həkimlərə minnətçi düşərək onun zəhərlənməsi faktının gizlədilməsini zahiş ediblər. Əslində ilkin müayinədə də onun qida borusunda zəhərlənmə aşkarlanmışdı. Amma bizim bəzim ?elçibəysevərlər? bu faktın ört-basdır edilməsinə çalışıblar. Bir məsələ də var ki, ədalətli türk həkimləri onun zəhərlənmədən bu xəstəliyə düçar olduqlarını bildirirlər. Hazırda həmin həkimlərlə görüşüb daha ətraflı məlumat toplayıram. Mən Türkiyənin Səhiyyə Nazirliyinə də minnətdarlığımı bildirirəm ki, bu məsələdə mənə yardım edirlər. Düşünürəm ki, bu məsələnin tam açılması üçün kifayət qədər ciddi məlumatlar əldə edə biləcəm. Həmin məlumatları həm hüquq-mühafiəz orqanlarına, həm də Azərbaycan cəmiyyətinə çatdıracağam. Bir məsələni də qeyd edim ki, Əbülfəz Elçibyin zəhərlənməsində bir sıra xarixci dövlətlərin də əli olduğu bildirilir. Bu barədə Türkiyə xüsusi xidmət orqanlarında da müəyyən mulamatlar var. Mən Bakıya gələndən sonra hüquq-mühafizə orqanlarına müraciət edəcəm ki, məsələnin araşdırılması Türkiyə çüsusi xidmət orqanları ilə informasiya mübadiləsi aparılsın?. Sonda Elçibəyin Türkiyədə olan qohumları və yaxınları ilə də görüşmək niyyətində olduğunu deyən müsahibimiz Elçibəyin oğlu Turqut bəylə də görüşməyə edəcəyini vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA