Ədalət Partiyasında istefalar bazlayıb

img

10-09-2012 [04:30]


Ədalət Partiyasında istefalar başlayıb. Belə ki, Ədalət Partiyasının sədr müavinləri Heydər Oğuz, Mütəllim Rəhimli, partiyanın fəallarından olan jurnalist Rusvat Bayramov istefa veriblər. Aldığımız məlumata görə, hər üç sədr müavini Ədalət Partiyaısından istefa verdikdən sonra Açıq Cəmiyyət Partiyasını gediblər. Məlumatı dəqiqləşdirmək üçün öncə Heydər Oğuzla ələqə saxladıq. O, Ədalət Partiyasından istefa verdiyini təsdiqlədi: ?Bəli, mən sentyabrın 5-də qərar verib Ədalət Partiyasının sıralarını tərk eləmişəm. Amma heç bir partiyaya getməmişəm. Əslində, Ədalət Partiyasının tərk etmək səbəbi də siyasi mənsubiyyətdən kənarda dayanmaq olub. Mən jurnalistəm, şairəm, siyasətçi olmasam, daha yaxşıdır?. Bundan sonrakı fəaliyyətini ACP-də davam etdirib-etdirməyəcəyinə gəlincə, o, hələlik müstəqil fəaliyyət göstərəcəyini deyib. Onu da nəzərə çatdıraq ki, Heydər Oğuz bir neçə aydır ki, Rəsul Quliyevin siyasi kursunu dəstəkləyə azpolitika.com saytının rəhbəridir. Yəni, o siyasi fəaliyyətlə məşğul olmasa da, Rəsul Quliyevin mətbuat müstəvisində siyasi təbliğatı ilə məşğuldur. Mütəllim Rəhimli isə partiyadan getməydiyini bildirib. ?Sadəcə olaraq, partiyanın sədr müavini Heydər Oğuz ərizə ilə müraciət edib ki, jurnalist fəaliyyəti ilə məşğul olduğuna görə siyasi fəaliyyətinə son vermək istəyir. Biz də bunu normal qarşılayırıq?,-deyən M.Rəhimli partiyanın maliyyə sıxıntılarının olub olmamasına və Rəsul Quliyevin partiyanı transfer etmək məsələsinə münasibət bildirib. Onun sözlərinə görə, Ədəlat Partiyasından heç kim istefa verib Rəsul Quliyevin rəhbərlik elədiyi partiyaya getməz. ?Bu təşkilatlar arasında kifayət qədər bölünmə olub. Hər bir insan da artıq seçimini edib və xətlərini müəyyənləşdiriblər. Bəli, bunu arzu edənlər var, amma mən inanmıram ki, belə bir şey olsun?, partiya funksioneri fikrini tamamlayıb. Başqa bir mənbə isə onu deyib ki, hazırda Ədalət Partiyasında ciddi maliyyə problemləri var. Demək olar ki, Mütəllim Rəhimlidən başqa heç kimə maaş verilmir. Ona görə də partiya funksionerləri İlyas İsmayılovu tərk etmək istəyirlər: ? Mütəllim Rəhimli də narazı olsa da, hələlik getmək planını ertələyir. Amma Rəsul Quliyev və onun partiyasındakı maddi imkanın yaxşı olması İlyas İsmayılov tərəfdarlarını seçim etmək məcburiyyətində qoyub. Mənim bildiyimə görə, qısa müddətdə Ədalət Partyasında bir neçə nəfər də istefa verib ACP-yə keçəcək. Çox güman ki, Heydər Oğuzun özü də partiya sıralarına qoşulacaq. Hətta ola bilər ki, partiyanın rəhbərliyində də təmsil olunsun?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA