Elçibəyi aparan özəl təyyarənin sahibi danızdı

img

23-08-2012 [11:09]


Son günlər Azərbaycan mediasında mərhum eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi iddiası müxtəlif aspektlərdən şərh olunmaqdadır. Elçibəyin 2000-ci ildə müalicə olunduğu Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyası onun prostat xərçəngindən öldüyünə dair rəsmi açıqlama versə də, Azərbaycanın Baş Prokurorluğu zəhərlənmə iddiasını ciddiyə alaraq, bununla bağlı istintaqa başlayıb. 2000-ci ildə ağır vəziyyətdə olan Əbülfəz Elçibəyi özəl təyyarə ilə Bakıdan Ankaraya aparan Türkiyənin sabiq millət vəkili Mehmet Ceylan da məsələyə öz münasibətini bildirib. Qeyd edək ki, Mehmet Ceylan Elçibəyin yaxın silahdaşı Xanım Xəlilovanın müraciətindən sonra özəl təyyarə ilə Bakıya - mərhum eks-prezidentin ardınca gəlmişdi. Bunu Modern.az saytına açıqlamasında Mehmet Ceylan bir daha təsdiqləyərək, bildirib ki, o zaman Elçibəyin Türkiyəyə aparılması üçün dövlətlərarası danışıqlara baş vurmayıblar ki, hansısa problemlər yarana bilər. Və buna görə də o, Bakıya özəl təyyarə ilə gəlib ki, Elçibəyi yubanmadan Ankaraya müalicəyə gətirsinlər: "Xanım Xəlilova mənə məlumat verəndə ki, Elçibəy prostat xərçəngidir, dövlət səviyyəsində onun Türkiyəyə gətirilməsinə çalışdım. O zaman millət vəkili idim. Ancaq bu məsələnin dövlətlərarası münasibətlərə xələl gətirəcəyini görüb Elçibəyin özəl təyyarə ilə Türkiyəyə gətirilməsinə qərar verdim. Özüm də həmin təyyarə ilə Bakıya gəldim". ?Biz milliyətçilər olaraq, Elçibəyi candan sevirdik və onunla bağlı atdığımız bu addımlar hörmət və ehtiramdan irəli gəlirdi?-deyə M.Ceylan vurğulayıb. Elçibəyin zəhərlənərək öldürüldüyü iddiasını ciddiyə almayan Mehmet Ceylan deyir ki, ortada Gülhanə Hərbi Tibb Akademiyası kimi çox güvənli bir xəstəxananın rəsmi sənədi var və orada mərhum eks-prezidentin prostat xərçəngindən vəfat etdiyi qeyd olunub: ?Elçibəyin xəstəliyilə bağlı hərtərəfli məlumatı olan, onu sevən bir şəxs olaraq deyə bilərəm ki, zəhərlənmə iddiası tamamilə əsassızdır. Belə məsələləri siyasi oyun olaraq gündəmə gətirmək ayıbdır. Türkiyə elə bir dövlətdir ki, qucaq açdığı müsafirini zəhərləməz. İllər öncə belə bir məsələ qaldırıldı ki, guya Elçibəyi Heydər Əliyevin sifarişi ilə Türkiyəyə aparıb öldürmüşük. Belə məsələləri dilə gətirmək ayıbdır. Onun ölümündən uzun zaman keçir. Öülünün üzərində alver etmək doğru hal deyi. İndi Elçibəyin ölümü ilə bağlı müxtəlif fikirlər səsləndirirlər. Sonda bir tərəfini gətirib bizə çıxaracaqları qədər fikirlər də irəli sürə bilərlər. Olmaz belə şeylər?. Müsahibimiz 12 ildir haqq dünyasında olan mərhum Elçibəyin ruhunun bu şəkildə narahat edilməsindən təəssüflənir. Elçibəyin Azərbaycandakı bəzi keçmiş silahdaşlarının "Elçibəyin Amerikada Türk yürüşünə qatılması və Türkiyədə zəlzələ bölgəsini gəzməsi bəyin ölümünü tezləşdirdi" kimi fikirlər səsləndirməsinə də münasibət bildirən Mehmet Ceylan "ayıbdır, belə çirkin iddialardan əl çəksinlər!" deyib. "Bu fikirləri mənim adımdan bir bəyanat kimi cəmiyyətinizə təqdim edin"-deyə, sonda Mehmet Ceylan Modern.az-a bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA