Mirzə Sakitdən Fazil Mustafaya sərt ittihamlar

img

27-08-2012 [01:58]


Böyük Qurulş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa müxalifət nümayəndələrinin hiddətinə səbəb olacaq müsahib verib. Millət vəkili müsahibəsində Xalq Hərəkatının üzvləriə qarşı mənfi fikrlər səsləndirib. ?Siyasətdə əqidə yox, yanaşma və dürüstlük lazımdır. Hakimiyyətdə olan elə adamlar tanıyıram ki, xalq hərəkatında olan insanların əksəriyyətindən dürüstdürlər. Nə olsun ki, dövlət strukturunda çalışır. Məhz bunu bacarmadıqlarına görə, idarəetməyə də hazır deyillər. Dəyişən heç nə yoxdur, eyni yol, eyni ittihamlar?, deyən F.Mustafa Elçibəy-Rəsulzadə kursunun cəmiyyətdə böyük dəstəyinin olmadığını bildirib. İctimai Palatanın üzvü, satirik şair Mirza Sakitin F.Mustafaya cavabı daha sərt oldu. Onun sözlərinə görə, deputat bu cür açıqlama verməklə özünün dürüst olmadığını sübut edir: ?Fazil bəy bunu deməklə Xalq Hərəkatı zamanı da onun hərəkata qarşıi qeyri-dürüst olducunu səmimi şəkildə bildirir. Əgər hakimiyyətdə olan insanların dürüstlüyüdən Fazil bəy bələ mütəəssir olubsa, deməli o öz dərgahına qovuşub. Söhbət hakimiyyətdə olan bəzi insanların dürüstlüyündən yox, umumi sistemdən gedir. Fazil bəyi hazırkı hakimiyyətin "dürüstlüy"ü o qədər valeh edib ki, o müqəddəs bir varlıq hüsab olunan Xalq Hərəkatının məbədinə peyinli çəkmələrlə daxil olmaq istəyir. Onun hakimiyyətdə dürüst hesab etdikləri insanlar dövlətə, xalqa yox, sülalə bir rejimə xidmət edirlər. Xalq Hərəkatında olan insanlar isə adından göründüyü kimi sırf xalqa xidmət edənlər idi. Fazil Mustafanın da Xalq Hərəkatda "xidməti" bu günkü hakimiyyətin məbədinə qussullanıb girməyə hesablanıbmiş?. M.Sakit F.Mustafanın ?Bu gün Elçibəy, Məhəmmədəmin Rəsulzadə yolunu davam etdirənlərin cəmiyyətdə böyük dəstəyi yoxdur. Çünki, onlar ideoloji çevrədən çıxa bilmədilər. Azərbaycan insanı ideologiyaya doğru yönəlmir? fikirlərinə də münasibət bildirib. Müsahibimiz deputatın bu fikirlərini etira kimi qəbul etdiyini vurğulayıb: ?Fazil bəy o zaman Xalq Hərəkatının iştirakçisi olmuş adamlardan biri olub, əgər o deyirsə ki, bu gün Elçibəy, Məhəmmədəmin Rəsulzadə yolunu davam etdirənlərin cəmiyyətdə böyük dəstəyi yoxdur. Dəməli bir millət vəkilinin cibində gəzdirdiyi mandatı ona xalq tərəfindən yox, hakimiyyət tərəfindən bəxşeyiş edilib. Yenə də sağ olsun ki, bu etiraflarda bulunur. Bunu mən yox, Fazil bəyin özu-özünü səliqəli şəkildə ifşa etməklə təsdiqləmiş olur. Xalq Hərəkatının məhz xalqın rifahına hesablanmış ideologiyası mən deyərdim ki, çox parlaq şəkildə tarixə işıq saldı. Lakin Fazil bəy və onun bugünkü dostları o işığın şöləsindən gözləri qamaşaraq, sonralardan qaranlığ çəkilməli oldular. Lətifəsi insanliqdan uzaq olsun, yarasalar qaranlıq dəlisi olurlar. Bu gün hansısa siyasi partiyada təmsil olunan bir insanın sabah o partiyanı tərk etməsi qətiyyən faciə sayılmamalıdır, ancaq yuxarıda dediyim kimi Xalq Hərəkatı kimi müqəddəs bir məbədə qarşı belə fikir söyləmək birbaşa, qeyri-şərtsiz ən murdar dönüklük sayılmalıdır?. Mirzə Sakit Sonda ?Fazil Mustafa bu gün "yuxarıda" əyləşsə də və başı buludlara qədər qalxsa da, onun əyləşdiyi "yuxarı" ən aşağının aşağısıdır, başı dəyən buludlar isə çox qaranlıq və atmosferin zəhərli mikroblarından yaranmış buludlardır. Ona görə də onun bu fikirlərinin heç bəir əsası yoxdur və bu fikirlərə önəm verən də olmayacaq?,-deyərək fikrini tamamlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA