ictimai Palata Əbülfəz Elçibəyi andı

img

22-08-2012 [02:41]


Elçibəyin mübarizə dostları, milli-demokratik düşərgənin təmsilçiləri bu gün Fəxri Xiyabanda məzarı önündə onu yad edib. İctimai Palatanın təşkil etdiyi anım mərasimində qurumun üzvləri, ona daxil olan partiyaların liderləri və fəalları iştirak ediblər. Mərasimdə çıxış edənlər hakimiyyətin bugünlərdə ortaya atdığı ?Elçibəyin zəhərlənməsi? iddiasına da toxunaraq bunu ?şou? adlandırıblar. Müsavat başqanı İsa Qəmbər bildirib ki, Elçibəyin qatili indiki rejimdir. Çünki məhz bu rejim uzun illər Elçibəyə qarşı mənəvi terrorla məşğul olub, ona təzyiq edib. Hətta xəstəliyinin vaxtında müalicə olunmasına da imkan verməyib. AXCP sədri Əli Kərimli isə qeyd edib ki, hakimiyyətin ortaya atdığı iddia absurddur və siyasi şoudan başqa bir şey deyil. AXCP sədri bunu həm də Elçibəyin adını ləkələmək cəhdi kimi qiymətləndirib. Elçibəyin silahdaşlarından biri Xanım Xəlilova da bildirib ki, ?zəhərlənmə? iddiası qeyri-ciddidir. Elçibəyin xəstəlikdən dünyasını dəyişdiyi hər kəsə bəllidir və onun müalicə olunduğu Gülhanə hospitalından arayış almaqla bunu asanca sübut edəcəklər. Xanım Xəlilova hakimiyyətin bu yolla Elçibəyin silahdaşlarını onun ölümündə təqsirləndirmək istəyinin baş tutmayacağını deyib. Mərasim zamanı maraqlı bir məqam jurnalistlərin diqqətindən yayınmayıb. Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev çıxış etməsə də, AXCP sədri Əli Kərimli ilə söhbətləşib və ?zəhərlənmə şousuna? işarə ilə ?Boş şeylərdir, fikir verməyin? deyə ona bildirib./azadliq.info/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA