Azərbaycanda prezident seçkilərinin günü

img

11-09-2012 [10:07]


Azərbaycanda 2013-cü il prezident seçkiləri oktyabrın 16-da keçiriləcək. Seçki Məcəlləsinə əsasən, prezidentin Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddətinin başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur. Seçkilərin keçirilməsi günü Mərkəzi Seçki Komissiyasının (MSK) qərarı ilə elan edilir. Seçkilərin keçirilməsi gününün elan edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarı ən gec 2 gün müddətində dərc edilməlidir. 2013-cü ilin əvvəlindən başlayaraq prezident seçkisi ilə əlaqədar MSK tərəfindən ənənəvi kursların keçirilməsinə başlanacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA