ümid Partiyası Qarabağda müzavirə keçirdi

img

15-08-2012 [05:15]


Ümid Partiyası Qarabağ bölgəsində fəaliyyət göstərən rayon təşkilatları ilə növbəti regional müşavirəsini Bərdə şəhərində keçirib. Bu barədə MİA-ya partiyadan məlumat verilib. Müşavirədə Ümid Partiyasının Bərdə, Tərtər, Beyləqan, Ağcabədi rayonlarının yerli partiya təşkilatlarının sədrləri və fəalları iştirak edib. 100-dən artıq iştirakçının qarşısında öncə Ümid Partiyası İcra Aparatının rəhbəri Nəsimi Məmmədli çıxış edərək müşavirənin keçirilməsindəki təşkilati və siyasi məqsədləri açıqlayıb. Ölkədəki ictimai-siyasi vəziyyəti təhlil edərək, insanların sosial və maddi durumunun ağırlığına gətirib çıxaran subyektiv amilləri, işsizliyi, Qarabağ probleminin həll edilməməsini, rüşvət və korrupsiyanın günü gündən artmasını diqqətə çatdıran N. Məmmədli bu problemlərin doğurduğu ağır nəticələrdən danışıb. Sonra partiya Qadınlar Təşkilatının sədri Könül Quliyeva qadınların ictimai-siyasi prosseslərə fəal cəlb edilməsinin zəruriliyindən, regionlarda bu istiqamətdə görüləcək işlərdən danışıb. Müşavirədə həmçinin, yerli şöbələrin sədrləri çıxış ediblər. Ümid Partiyasının Bərdə rayon təşkilatının sədri Natiq Səfərov müşavirənin ev sahibi kimi Bərdə camaatının çoxsaylı probleməri haqqında məlumat verib və bir çox yerli məsələlərə toxunub. Sonra Ümid partiyası Tərtər rayon təşkilatının sədri Rəfail Əliyev, Beyləqan rayon təşkilatının sədri Möhübbət Cabbarov və Ağcabədi rayon təşkilatının sədri İlyas Quliyevdə təmsil etdikləri rayonların ən aktual problemlərindən danışıb, eyni zamanda apardıqları fəaliyyət barədə partiya rəhbərliyi qarşısında məlumat veriblər. Regional müşavirədə yerli partiya təşkilatlarının fəalları mövcud ictimai siyasi vəziyyətlə bağlı qızğın müzakirələr aparıblar. Sonda çıxış edərək, sualları cavablandıran Ümid partiyası Ali Məlisinin sədri Ənvər Ağazadə, Ümid Partiyasının yerli nümyəndələrinin boynuna böyük məsuliyyət düşdüyünü, bu ağır zamanda xalqa arxa durmaq lazım olduğunu qeyd edib. 2013-cü il prezident seçkilərinə hazırlıqla bağlı da müzakirələr aparılan toplantıda partiya üzvləri, eyni zamanda partiya rəhbərliyinin tapşırıqlarını da alıblar. Regionla müşavirəyə Ümid Partiyasının sədri, Millət Vəkili İqbal Ağazadə telefonla qatılıb. Partiya üzvlərini salamlayan Millət vəkili bu ağır dövrdə daha çox çalışmaq lazım olduğunu, Azərbaycanın yeni demokratik dövrə Ümidlə başlayacağından əminliyini bildirib, bu yolda rayon təşkilatlarının qarşısında duran vəzifələrdən danışıb və tövsiyələrini verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA