Elçibəyin qardazı da ikibazlı danızdı

img

22-08-2012 [02:59]


Bu gün mərhum prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev ?Media forum? saytının suallarını cavablandırıb. [b]- Bakı Şəhər Prokurorluğunda Əbülfəz Elçibəyin zəhərləndirilməsi müraciəti əsasında cinayət işinə başlanıb. Sizin belə bir cinayət işinin açılmasına münasibətinizi bilmək istərdik.[/b] - Qərar veriblər, iş açıblar. Qoy görək axırı hara gedib çıxır, necə çıxır və ortaya nələr çıxır. Mən də bunları gözləyirəm. [b]- Bu iş üzrə istintaqa ifadə vermisinizmi?[/b] - Yüngülvari ifadə vermişəm. Amma hələlik istintaqa getməmişəm və lazım olanı deməmişəm. Hələ çağırmayıblar. [b]- Vaxtilə səhhətində problemlər yarananda Əbülfəz Elçibəyin özünün bir şübhəsi vardımı ki, onu zəhərləyiblər? Bununla bağlı sizə nəsə demişdimi?[/b] - Mən bu işin axırını gözləyirəm görüm iş necə gedir, düz gedir, yoxsa əyri gedir. Qalan hamısını mən bilirəm. Deyəcəm, hər şeyi açıqlayacam. [b]- İstintaq ekspertiza məqsədilə Əbülfəz bəyin məzarının açılması qərarına gəlsə, siz buna razılaşacaqsınızmı?[/b] - Buna heç kim razı olmaz. Düzdür, mən hökumətlə hökumətlik edə də bilmərəm. Amma məzarın açılmasına heç bir halda razılaşmarıq. Təxminən 10 gündən sonra hər şeyi açıb danışacam. [b]- Nəyi açacaqsınız?[/b] - Çox şey var. Açıqlayacağım məsələləri indiyədək deməmişəm. Bu gün də deyə bilmirəm, çünki istintaq gedir. Düz də, əyri də ortaya çıxacaq. Mən düzü də tanıyıram, əyrini də. [b]- Düzü, əyrini zəhərlənmə məsələsi kontekstində tanıyırsınız, yoxsa ümumən belə deyirsiniz?[/b] - Tanıyıram, bəli, hamısını tanıyıram. [b]- Bakı prokurorluğunda cinayət işi Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin müraciəti əsasında qaldırılıb. Hafiz Hacıyev Əbülfəz Elçibəyi hazırda Xalq Cəbhəsi Partiyasının sədri olan Əli Kərimlinin zəhərlədiyini iddia edir. Siz bu iddiaya necə baxırsınız?[/b] - İndidən heç nə demək istəmirəm. Vaxt gələcək kimin günahkar, kimin günahsız olduğu bilinəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA