BAXCP hökumətə müraciət ünvanladı

img

14-08-2012 [04:11]


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Güney Azərbaycanda baş verən zəlzələ ilə bağlı Azərbaycan xalqına və Azərbaycan Respublikasının hökumətinə müraciət ünvanlayıb. Bu barədə mia-ya partiyadan məlumat verilib. Müraciətdə deyilir: ?Güney Azərbaycanda baş vermiş təbii fəlakətin çoxsaylı insan ölümünə səbəb olması bizi dərindən kədərləndirdi. Həlak olanların doğmalarına və yaxınlarına, eləcə də bütün Azərbaycan xalqına başsağlığı verir, dünyasını dəyişən soydaşlarımıza Allahdan rəhmət diləyirik. Millətimizin başı sağ olsun! Azərbaycan Respublikasının hökumətini isə cənublu qardaş və bacılarımıza mövcud imkanlar çərçivəsində daha çox yardım etməyə çağırırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA