?Güney Azərbaycana ədalət tələb edirik?

img

16-08-2012 [08:35]


Uluslarasi Guney Azərbaycan Türkləri Konseyi Təbriz yaxınlığında Vərziqan, Əhər və Herisdə baş verən zəlzələ ilə bağlı mətbuat konfransı keçirib. Konfransı giriş sözü ilə açan Ululararsı Guney Azərbaycan Türkləri Konseyi (UGATK) Azərbaycan üzrə səlahiyyətli təmsilçisi Aynur İmranova Güney Azərbaycandakı vəziyyətin ağırlığı barədə məlumat verib. Sonra sözü UGATK İdarə Heyətinin üzvü Firudiin Cəlilov alaraq baş verən hadisələr fonunda İranın, Azərbaycanın və Türkiyənin tutduqu mövqedən, televizyalarda bu məsələyə lazımi qədər önəm verilməməsindən danışıb. Eyni zamanda məsələ ilə bağlı İdarə Heyətinin üzvləri Türkiyənin Kırklareli Universtetinin müəllimi Gülarə Yenisey, Baba Tağiyev, Talıyət Əliyev da danışıblar. UGATK İH üzvü Gularə Yenisey qeyd edib ki, bu gün Azərbaycan xalqının əhdə-vəfa günüdür. Hər kəs millətinə nə qədər sahib cıxdığını göstərməlidir. UGATK İH-in üzvü, sabiq millət vəkili Baba Tağıyev Güney Azərbaycanda baş verən zəlzələ zamanı İranın tutduğu mövqenin doğru olmadığını, bütün müsəlman dünyasının məsəlıyə münasibət göstərməsinin vacibliyini vurğulayıb. "Güney Azərbaycanda baş verən zəlzələ və onun nəticələri doğurdan da ürəkləri sarsıb və minlərlə soydaşımız tələf olub"-deyən sabiq millət vəkili əlavə edib ki, İran iqtidarının hadisələrin baş verdiyi ərazilərdə zəlzələdən və fəlakətdfən əziyyət çəkən insanlara qarşı yanaşması insani dəyərlərdən kənardır. ?İran bu gün elə bir vəziyyətdədir ki, artıq bir çox hadisələrdən qorxmağa başlayıb. Bunun nəticəsidir ki, İran bu gün dünyanın qəbul etdiyi dəyərlərdən qaçır. Qeyd etmək lazımdır ki, İran Azərbaycan xalqının, bütün Türk xalqlarının və dünya müsəlmanlarının ,eləcə də, sabitliyin və demokratik inkişafın qarşısında əngəl olaraq duran işğalçı Ermənistanla, İranın qul-beçəsi olan Suriya-Bəşər əsəd rejimi və PKK teror təşkilatı ilə iş birliyindədir?. B.Tağıyev çıxışı zamanı İran prezidenti Mahmud Əhmədinecatın son davranışlarına da diqqət çəkilməsinin vacibliyini vurğulayıb. "Müsəlman dövlətlərinin toplantısında iştirak edən Mahmud Əhmədinecat ölkəsində baş verən və insan təlafatına yol açan zəlzələdən və onun nəticələrindən danışmaqdansa, çox təssüüflər olsun ki, o daha çox Suriyada öz xalqına qarşı soyqırıms həyata keçirən və minlərlə insanın ölümünə səbəb olan, qardaş qırğının əsas günahgarı Bəşər Əsəd rejimini müdafiə edən çıxışla yadda qaldı. Bu açıq şəkildə həm Əhmədinecatın baş verən hadisələrə münasibətini, eyni zamanda da Tehran rejiminin proseslərə yanaşmasını göstərdi". Sabiq millət vəkili bildirdi ki, baş verənlərə bu şəkildə laqeydlik və görməzdəngəlmə siyasəti insanlığa sığmır və bunu Allah götürməz. "Zəlzələnin baş verdiyi gündən bu yana həm Azərbaycan dövləti, eyni zamanda qardaş Türkiyə Respublikası fəlakətin baş verdiyi əraziyə maddi yardımların çatdırlıması üçün bir səfərbərlik başlayıb. Artıq demək olar ki, göndərilən yardımların ilkin hissəsi fəlakət bölgəsinə çatıb. Amma çox təssüflər olsun, İran rejimi fəlakətin baş verdiyi ərazilərdə qurtarma əməliyyatlarında iştirak etmək istəyən mütəxəsislərin ora getməsinə maneələr yaradır. Bu maneələrin də əsası viza ilə bağlıdır ki, Tehran rejimi suni şəkiləd viza problemi çıxarmaqla, həm Azərbaycandan, həm də Türkiyədən getmək istəyən mütəxəsislərin qarşısını almağa çalışır. Bütün bunlara baxmayaraq, oradakı soydaşlarımızın xilasetmə işlərində Azərbaycan dövləti öz mütəxəsislərini göndərmək üçün bütün imkanlardan istifadə edir". Çıxışı zamanı Baba Tağıyev onu da bildirib ki, üç həftə öncə İran prezidenti İrəvanda Ermənistanın qaza olan təlabatının qarşılamaq üçün bu işğalçı ölkə ilə qazın satışına dair müqavilə imzalayıb. Amma Təbrizin 60 km-də yerləşən yaşayış məntəqələri uzun illərdir ki, mavi yanacağa həsrətdi. "İran rejimi xalqın yeraltı sərvətini onun təminatının qarşılamasına sərf etməyi özünə çox görür. Amma Azərbaycan əyalətlərində çıxarılan mavi yanacaq, Azərbaycan torpaqlarını işğal edən Ermənistana satılır. Bu, artıq islamiyyətdən, müsəlmançılıqdan uzaq və Azərbaycan xalqına qarşı şovinist bir siyasətdir". UGATK üzvü Taliyet Əliyev zəlzələdən zərər çəkənlərə maksimum yardım edilməsinin vacibliyini, kütləvi qırqının qarşısının alınmasının vacibliyini bildirib. Sonda Konseyin Azərbaycan təmsilçisi Aynur İmranova UGATK adından Azərbaycan Respublikasının Prezidentinə, beynəlxalq təşkilatlara bölgəyə yardım və müdaxilə ilə baqlı müraciət edildiyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA