Azərbaycan səfiri Suriyanı tərk edib

img

07-08-2012 [12:30]


Azərbaycanın Suriyadakı səfiri və səfirliyin işçiləri Suriyanı tərk edib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan tərəfi səfirliyin işçilərinin ölkəni tərk etməsi üçün hər cür şərait yaradıb. XİN-dən verilən məlumata görə, Suriyada hazırda Azərbaycan vətəndaşı yoxdur. Nazirlikdən həmçinin bildirilib ki, Suriyada vəziyyət tezliklə normallaşarsa Azərbaycanın diplomatik missiyası öz fəaliyyətini bərpa edəcək. Qeyd edək ki, hazırda Suriyada vəziyyət kritik olaraq qalmaqdadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA