Orxan Kərimov prezidentə müraciət edib

img

28-07-2012 [08:11]


Təhsil Nazirliyinin keçmiş əməkdaşı, şair Əli Kərimin oğlu Orxan Kərimov prezident İlham Əliyevə müraciət edib. Müraciətdə Orxan Kərimov azadlığa buraxılması və müalicəsi üçün ona şərait yaratdığına görə, ölkə başçısına minnətdarlıq bildirib. Bu barədə saytımıza Orxan Kərimovun özü məlumat verib. Eyni zamanda o, barəsində qaldırılan cinayət işinin obyektiv araşdırılması və təqsirsizliyinin sübuta yetirilməsi üçün bütün hüquqi proseslərin prezidentin xüsusi nəzarətinə götürülməsini xahiş edib. Qeyd edək ki, Təhsil Nazirliyinin maliyyə şöbəsinin müdir müavini Orxan Kərimov ötən il iyunun 6-da vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvət alma maddələri ilə ittiham olunaraq həbs edilmişdi. O.Kərimov səhhətində yaranan problemlərlə əlaqədar ölkə başçısının göstərişi ilə iyunun 21-də azadlığa buraxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA