AMIP Elçibəyin köməkçisini ittiham etdi

img

02-08-2012 [06:35]


?Yeni Musavat? qəzetinin 29 iyul 2012-ci il tarixli sayında ?Etibar Məmmədov Elçibəyə sui-qəsd planında suçlandı? başlıqlı yazıya bu gün AMİP Mərkəzi Şurasının üzvü, partiyanın lideri Etibar Məmmədoun yaxın silahdaşı Əli Orucov cavab verib. O, həmin yazıda özünü eks-prezident Əbülfəz Elçibəyin köməkçisi kimi təqdim edən Oqtay Qasımovun adından AMİP və onun liderinə qarşı böhtan xarakterli məlumatlar yayıldığını bildirib. AMİP funksionerinin caab yazısını olduğu kimi təqdim edirik: ?Verilən həmin məlumatların dəqiqləşdirilməsi aparılmadan dərcinın ?Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələri haqqında? qanunun 10-cu maddəsinə, ?Azərbaycan Respublikası Jurnalistinin Peşə Etikası Kodeksi?nin 3,4,5,6-cı maddələrinə daban-dabana zidd olması ?Yeni Müsavat? qəzetinin rəhbərliyinin 01 avqust 2012-ci ildə rəsmi olaraq diqqətinə çatdırılmasına və ?Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələri haqqında? qanunun 44 və 45-ci maddələrini rəhbər tutaraq təkzib, yaxud da, qarşı tərəfin mövqeyinin qəzetdə işıqladırılması tələb olunsana baxmayaraq bundan imtina edilmişdir. Bundan başqa yuxarıda adı keçən qəzetə müsahibə verən şəxsin özünün də 01 avqust 2012-ci il tarixdə ?Teleqraf.com? saytına təkzib verərərək dediklərinin təhrif olunduğunu bildirib, lakin həmin təkzib də ?Yeni Müsavat? qəzetində verilməyib. Məsələyə bu cür münasibət qəzetin qərzəli yanaşmasını deməyə əsas verir. Buna isə təəssüflənirik. Yel qayadan heç nə aparan deyil Özünü mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi kimi qələmə verən Oqtay Qasımov adlı birisi mətbuta çıxaraq öz aləmində bir sıra məsələlərə aydınlıq gətirməyə cəhd edib. Onun ?Yeni Müsavat?a verdiyi son açıqlamalarından elə təəssürat yaranır ki, mərhum prezidentin çaydaşıyanı olan həmin şəxs o dönəmin əsas fiqurlarından biri olub və hər şey onun iştirakı ilə baş verib. Oqtay Qasımov kimi kiçik bir adamın gülünc doğuran həmin açıqlamasında iddia olunur ki, Əbülfəz bəy təhlükəsizliyinin təmin edilməməsi səbəbindən Kələkiyə gedib və ona qarşı sui-qəsd planı hazırlanıbmış. Hətta, bu sui-qəsdin detallarını da söyləyib. Amma daha fərqinə varmayıb ki, bununla qaş düzəltmək istərkən gözü də çıxarıb. Çünki açıq- aşıkar AXC hökumətini bilərəkdən, ya bilməyərəkdən qorxaqlıqda, satqınlıqda və iradəsizlikdə suçlayır. Onun S.S.Axundovun ?Qorxulu nağıllar?ının yeni versiyası hesab olunacaq uydurduğu nağılları əslində məkrli məqsədlərə xidmət edir. Şər-böhtan dolu bu açıqlamanın da ruhundan aydın olur ki, O.Qasımov niyyəti Elçibəy və AMİP lideri Etibar Məmmədov tərəfdarları arasında nifaq salmaq, qarşılıqlı ittihamlara rəvac vermək, münasibətləri korlamqdır. Onun bu kimi açıqlamaları daha çox öz liderinə yönəlib və bunula da məcbur edir ki, Etibar Məmmədovun tərəfdarları da eyni cür addımlar atsın. Bu tip ara vuranlar elə o vaxtlar da otlağı qarışdırmaqla, insanları üz-üzə, göz-gözə qoymağa çalışırdılar. İndi də eyni əməllərini davam etdirirlər. Mərhum prezident Elçibəyin Kələkiyə getməsinin səbəbini onun həyatına təhlükə yarandığını deyən sabiq köməkçi özü də etiraf edir ki, doğrudan da, onun ətrafı qorxaqlıq göstərərək ölkənin qanununi ali rəhbərini qorumayıb, sabiq prezidentə gecə-gündüz ?qorxulu nağıllar? danışaraq, onu belə bir addım atmağa sövq ediblər. Yaxud da, prezidentə xəyanət edərək, altdan-altdan H.Əliyevə danosçuluq ediblər. Daxillərindəki əndişə və təşvişin miqyasını böyüməsi nəticəsində də Elçibəyi də çıxılmaz vəziyyətə salıblar. AXC hakimiyyətinin yıxılmasında AMİP liderini günahlandıran O.Qasımova məsləhət görərdim ki, məsləkdaşı İbrahim İbrahimlinin bununla bağlı ?Azadlıq? qəzetinə verdiyi açıqlamanı təkrar-təkrar oxusun. Həmin açıqlamada İ.İbrahimli qeyd edir ki, H.Əliyevi biz özümüz hakimiyyətə gətirdik. Yəni Əbülfəz bəy seçim qarşısında qalıb hakimiyyətin H.Əliyevə verilməsi variantını üstün tutdu. İkincisi də, dəfələrlə deyilməsinə baxmayaraq, bu adam hələ də qanmır kı, hakimiyyətə iddialı və hakimiyyətə müxalifət olan bir partiyanın iqtidarı qorumaq tələbi absurddur. Yaxşı bu suçdursa, indiki müxalif partiyalar 20 ilə yaxın müddət ərzində mövcud hakimiyyətə qarşı niyə mübarizə aparır. Lakin bunula belə yaranmış böhrandan çıxmaq üçün Etibar Məmmədov dost əlini uzatmışdı. Halbuki, prezidenti və hakimiyyəti qorumaq hakimiyyətdə olanların, o cümlədən də, O.Qasımovun vəzfəsi və borcu idi. S.Hüseynovun tıqqıltısndan hakimiyyəti qoyub qaçanlara, bir silləyə prezidenti barədə həbs-qəti imkan tədbiri seçənlərə nə çarə bulmaq olardı ki?! Oqtay Qasımov nadalığını üzə çıxaran faktlardan biri də ondan ibarətdir ki, onlar təkcə öz təhlükəsizliklərinin qayğısına qalmamalıydılar. Onlar Konstitusiyanın və xalqın qanuni maraqlarının qorunmasına bilavasitə məsuliyyət daşıyırdılar. Bu məsuliyyəti idiyədək dərk etməyiblərsə, deməli, hələ də ibtidai inkişafdan irəli gedə bilməyiblər. Yoxsa müxtəlif bəhanələr gətirmək, ona-buna böhtan atmaq, yalanlar danışmaq çıxış yolu deyil. Əksinə, hər dəfə belə adamların səviyyəsiz açıqlamaları mərhum prezident Elbçibəyin əleyhinə yönəlir və onun adına xələl gətirir. Həmçinin də, bu tip açıqlamalarla öz bacarıqsızlıqlarına, qorxaqlıqlarına və səriştəsizliklərinə Elçibəyi də şərik qoşmaq istəyirlər. Belələri böyük yanlışlıqlara yol verdiyiklərini sonradan anlayacaqlar. Əgər onu da anlaya bilsələr. Amma ?...karvan keçər, yel də qayadan heç nə aparan deyil?. #231;ib

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA