AiDP-dən 2013-cü il seçkisinə mühüm təklif

img

06-08-2012 [01:29]


?Deməzdim ki, vahid namizəd ideyası çıxış yoludur. Əgər biz Azərbaycanda demokratiyanın bərqərar olmasını istəyiriksə başqa bir siysi prosesə üstünlük verməliyik?. Bu fikri Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Tahir Abbaslı partiyanın mətbuat xidmətinə verdiyi açıqlamada deyib. Onun sözlərinə görə, yaxın tarixi təcrübə bu ideyanın uğurlu olmadığını göstərir: ?Düzdür ola bilsin cəmiyyətdə belə bir sifariş var, vətəndaşlar birliyin bu formatını daha məqbul sayırlar. Amma təcrübə göstərir ki, vahid namizədi sıradan çıxarmaq daha asandır. Vahid namizəd iki tərəfli zərbə altına düşür. İqtidar bütün resursları işə salır, hətta müxalifətin öz daxilində onun əleyhinə iş apara bilir. Bu mənada mən başqa bir siyasi prosesin reallaşdırılmasının tərəfdarıyam?. AİDP sədrinin fikrincə indiki halda bir necə namizədin olması şərtdir: ?Hesab edirəm ki, Azərbaycanda hakimiyyəti dəyişmək üçün bir neçə nazmizəd irəli sürülməlidir, sonda onların arasından birini dəstəkləmək, irəli buraxmaq lazımdır. Məncə bu yolla uğur qazanmaq, xalqın dəstəyini əldə etmək olar. Ən əsası odur ki, bu proses sanballı aparılsın?. Namizədlərin seçiminə gəlincə, T.Abbaslı deyir ki, biz cəmiyytin aktivləşməsini istəyiriksə bu prosesi əvvəl olduğu kimi hasara ala bilmərik: ?Sirr deyil ki, cəmiyyətdə müxalifət partiyalarına, özlərini ana müxalifətin lideri sayan insanlara inam azdır. Artıq cəmiyyət bu partiyalara ?partbilet? satan, qarant alan kimi baxır. Bu mənada namizədlərin İsa və Əli ilə hüdudlanması bütövlükdə düşərgəni iflasa aparacaq və cəmiyyət yenə zərər görəcək. Belə olsa iqtidar üçün də asan olacaq, hətta deyərdim ki, onun istədiyi də elə budur. Ona görə də məncə cəmiyyətə namizəd müəyyənləşdirmək baxımından sərbəstlik vermək lazımdır. Ola bilsin ki, cəmiyyət siyasilərlə yanaşı bu və ya digər şəkildə siyasi proseslərin içərisində olan başqa insanların, hansısa ziyalıların üzərində dayansın. Ola bilsin cəmiyyət səhv edə bilər, amma bu, onun öz seçimi olacaq. Ən əsası odur ki, cəmiyyət aktivləşəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA