AZƏRBAYCAN MiLLi iSTiQLALININ 20 iLi

img

26-07-2012 [06:04]


[b]Əli Orucov[/b] Ötən əsrin 80-ci illərinin sonlarından getdikcə vüsət alan ümummilii hərakat qısa zaman kəsiyində Milli Azadlıq Hərakatına çevrildi. Azərbaycanda başlanan bu hərakat ciddi böhran dövrünü yaşayan Sovet İmperiyasının çöküşünü sürətləndirməklə yanaşı, dünaya düzənin dəyişməsinə, qlobal beynəlxalq münasibətlərin yenidən formalaşmasına həlledici təsir göstərdi. Belə bir görünməmiş tarixi gerçəkliyin həyata keçməsinə böyük tövhə verən xalqımızın qarşısında müstəqilliyinə təkrarən qovuşmasından sonra daha mühüm, həm də olduqca çətin vəzifələr dururdu. Verilən qurbanlar və gərgin mücadilələr hesabına qazanılmış müstəqilliyi qorumaq, erməni işğalçıları ilə ölüm-dirim müharibəsi aparmaq, dövlətçiliyi qurmaq, dağılmış və bərbad hala düşmüş iqtisadiyyatı bərpa etmək, ölkəni beynəlxalq subyekt kimi tanıtdırmaq, eləcə də, demokratik və hüquqi cəmiyyət qurmaq. Lakin bütün bu çətinliklərin öhdəsindən gəlmək üçün mütəşəkkil və vahid ideya, məqsəd uğrunda birləşəcək nə strukturlar var idi, nə taşkilatlanmış vahid siyasi qüvvə. Eyni zamanda 70 il ərzində Kommunist Partiyasının hegomonluğu insanların azad və müstəqil şəkildə düşünmələrinə, sərbəst qərar vermələrinə, fikir plüralizminə, alternativ proqram və ideyalara imkan vermədiyindən, cəmiyyət inzibati idarəçiliyin və ənənəvi psixologiyanın təsirindən hələ də qurtara bilməmişdi. Yuxarıda sadalanan bu şərtlər və tarixin yetişdirdiya zaman ölkədə bütün məsuliyyətin ağırlığını üzərinə götürə biləcək yeni bir siyasi qurumun yaradılmasını diqtə edirdi. Bu şərəfli, ağır və məsuliyyətli vəzifəni Milli Azadlıq Hərakatının Lideri Etibar Məmmədovun rəhbərliyi ilə istiqlaldan hürriyyətə ideyasını qəbul edən minlərlə hərakat nümayəndələri öz üzərlərinə gütürdülər. Beləlıklə, ?Azərbaycanın ictimai-siyasi həyatında öz nüfuzu, təsir gücü, aydın ideoloji xətti, milli dəyərlərin mühafizəçisi kimi tanınan, uğurlu beynəlxalq əlaqələr quran, müasir dünyanın tələblərinə cavab verən, daim yenliklərə imza atan, ali dəyərləri özünün başlıca prinsipləri elan edən Azərbaycan Milli İstiqlal Partiyası Azərbaycanın istiqlalının bərpası ərəfəsində, 15 oktyabr 1991-ci ildə Dövlət Televiziyasının partiyanın yaradılması barədə Təşkilat Komitəsinin Bəyannaməsi haqqında məlumat verməsi və bir gün sonra ?Millət? qəzetinin sınaq sayında bu bəyannamənin dərc olunması ilə siyasi səhnədə ilk addımlarını atdı. Bununla da, Azərbaycanın cağdaş siyasi tarixində təkpatiyalı siyasi sistemdən çoxpartiyalı siyasi sistemə keçidin əsası qoyuldu. 3-4 iyul 1992-ci ildə isə AMİP-in Azərbaycan Milli Opera və Balet Teatrının salonunda keçirilən 1-ci Təsis Qurultayında Partiyanın Məramnamə və Nizamnaməsi, eləcə də, 4 bəndən ibarət qətnamə qəbul edilmiş, Qurultay adından Azərbaycan xalqına müraciət ünvanlanmış, partiyanın strukturları formalaşdırılmış, Etibar Məmmədov sədr olmaqla partiyanın rəhbərliyi seçilimişdir. AMİP 17 iyul 1992-ci ildə Ədliyyə Nazirliyi tərəfindən ilk rəsmi qeydiyyatdan keçən partiya kimi də tarixə düşüb. Təsis Qurultayında siyası məruzə ilə çıxış edən AMİP Lideri Etibar Məmmədovun 20 il öncə toxunduğu məsələlərin, gedən proseslərin dəyərləndirməsinin, qabartdığı problemlər və ondan çıxış yolları barədə səsələndirdiyi fikirlərin bu gün üçün də aktuallığını saxlaması olduqca diqqətçəkicidir: ?Artıq azadlığı qazanmışıq və azadlığımızı ancaq demokratiya ilə saxlaya bilərik. Demokratiyanın inkişafı zərurəti əldə etdiyimiz azadlığın davamlılığı, möhkəmliliyi ilə ona görə bağlıdır ki, Azərbaycanın çoğrafi-siyasi vəziyyəti olduqca əhəmiyyətlidir və bir imperiyanın caynağından qurtula bilsə də, Azərbaycan hələ də dünyanın bir sıra super dövlətlərinin diqqət mərkəzində olaraq qalır. ...Biz milli dövlətçiliyimizi, müstəqilliyimizi bərpa etsək də, hələlik dövlətimiz tam mənada milli dövlət hesab oluna bilməz....Bizdə mövcud olan hüquq sistemi insan haqlarını yox, dövlət hüquqlarını müdafiə edir. Normal cəmiyyətlərdə isə dövlət insanın, vətəndaşın mənafeinə xidmət edir, yəni dövlət millət üçün olmalıdır.? İstər Etibar Məmmədovun siyası məruzəsində, istərsə də Qurultayın sənədlərində partiyanın məqsəd və prinsipləri və mübarizə əzmkarlığı açıqcasına öz əksini tapmışdı. Azərbaycan xalqına ünvalanan tarixi müraciətdə deyilirdi: ?Milli-mənəvi və siyasi yüksəliş dalğasında doğulan və millətin mənafelərinə dönmədən özünün müqəddəs vəzifəsi sayan Milli istiqlal Partiyası qarşısıalınmaz çətinliklərin böyük bir hissəsini dəf etmək, həqiqi demokratik cəmiyyət qurmaq yolundakı çətinlikləri aradan qaldırmaq məsuliyyətini öz üzərinə götürür. Bu gün biz öz əslimizə, soykökümüzə qayıdırıqsa, həqiqi dirçəliş və milli intibah mərhələsini yaşaylrıqsa, dünya cəmiyyətinə tam dəyərli, tam hüquqlu üzv olmaq istəyiriksə demokratiya uğrundakı mübarizəmizi sona qədər davam etdirməli, heç bir qüvvəyə tarixin təkərini geri döndərmək imkanı verməməliyik. İstiqlalçı və millətçi partiya kimi tarix səhnəsinə çıxan AMİP, sizin hər birinizin-millətinin, torpağının, mənəvi sərvətlərinin taleyi üçün məsuliyyət duyğusunu, tarix qarşısında cavabdehlik hissini öz üzərinə götürən hər bir azərbaycanlının partiyası olmaq uğrunda açıq, namuslu mübarizə aparacaqdır.? Göründüyü kimi, AMİP yarandığı gündən etibarən qarşısına saf və nəcib məqsədlər qoyaraq xalqın və dövlətçiliyimizin mənafei naminə siyasi mübarizəyə atıldı və 20 il davamlı olaraq, öz hədəflərindən sapınmada, prinsipial mübarizəsini aparmaqdadır. Doğrudan da, ilk qədəmlərini basdığı andan partiya xalıqn inandığı, etbar etdiyi və güvəndiyi ümummilli bir partiyaya çevrildi. Azərbaycanın ictimai-siyasi həyatında önəmli rol oynayan, cəmiyyətdə ciddi təsir imkanlarına malik olan, milli şüurun formalaşmasında müstəsna rol oynayan, ölkədəki prosesləri dəyişmə gücünə yiyələnən AMİP Azərbaycanda siyasi kadrların yetişməsində, yeni idarəçilik metodlarına yiyələn idarəcilərin hazırlanmasına da öz əvəzsiz töhvəsini verdi. Bu mənada AMİP həm də Azərbaycan cəmiyyəti üçün kadrlar hazırlayan bir siyasi məktəb funksiyasını da yerinə yetirməkdədir. X arici əlaqələrinin genişlənməsinə böyük önəm verən partiya 1 may 1999-cu ildə dünyanın 60-dan çox ölkəsinin 80-ə yaxın sağ-mərkəzçi partiyasını özündə birləşdirən nüfuzlu təşkilat olan Beynəlxal Demokrat İttifaqına tam hüquqlu üzvlüyünə qəbul edilmişdir. Bu üzvülük AMİP-in bəşəri dəyərlər uğrunda uzun illərdən bəri apardığı ardıcıl mübarizəsinə və qazandığı nailiyyətlərə beynəlxalq aləm tərəfindən verilən qiymətdir. Təsadüfi deyil ki, partiyanın Lideri Etibar Məmmədov 2005-ci ildən fasiləsiz olaraq həmin qurumun sədr-müavini postunu tutmaqdadır. [b]Azərbaycanda fəaliyyət göstərən irili-xırdalı 100 yaxın patyiyanın beynəlxalq əlaqələri AMİP-lə müqayisə olunmaz dərəcədə zəifdir. Hətta, hakim partiya da belə geniş və dərin əlaqələrə malik deyil.[/b] Bu münasibətlər isə Azərbaycan gerçəkliklərinin dünya ictimaiyyətinə çatdırılması və ölkəmizin beynəlxal aləmdə tanıdılması, həmçinin də, dünya siyasətinin müəyyənləşdirən qlobal güclərin marağının milli maraqlar üzərində kökləndirilməsi baxımdan çox önəmlidir. Məhz bunun nəticəsidir ki, AMİP-in hazırladığı bir sıra sənədlər, o cümlədən, Güney Azərbaycanda yaşayan soydaşlarımızın fundamental hüquqlarının qorunması və tanıdılması, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi, ölkədə köklü islahatların həyata keçirilməsi, demokratik cəmiyyətin qurulması ilə bağlı bir sıra vacib sənədlər BDİ-nin müxtəlif səviyyəli toplantılarında geniş müzakirələrə çıxarılaraq, müvafiq qərarlar qəbul edilmişdir. Partiyanın beynəlxalq əlaqələrindən danışarkən, Avropa Parlamentində ən böyük fraksiya olan Avropa Xalq Partiyası arasında qurulan sıx münasibətləri də diqqətə almaq lazımdır. Gələcəkdə həmin quruma AMİP üzv qəbul edilməsi həm partiya, həm də Azərbaycan üçün yeni bir yüksək tribunanın qazanılması, beynəlxalq aləmdə mövqeynin daha da möhkəmləndirməsi deməkdir. AMİP-i yenlikçi partiya kimi tarixə salan həm də ilk dəfə siyasi hakimiyyətə gəlmək iddiasını açıq şəkildə elan etməsidir. Lakin partiya hakimiyyətə gəlməyin yeganə yolunun seçkilərlə və xalqın iradəsinə bağlı olmasını dəfələrlə bəyan edib. AMİP Lideri Etibar Məmmədov partiyanın 1-ci Təsis Qurultayında etdiyi siyası məruzəsində: ?Təbiidir ki, bu günün müxalifəti nə zamansa iqtidara gəlmək arzusundadır və bu yolda da mübarizə aparır. Ancaq bu mübarizəni təkcə iqtidarda olanları tənqid etməklə, onların səhv addımlarını görüb xalqa çatdırmaqla məhdudlaşdırmaq olmaz. İqtidarın səhvlərini faş edib, onun hakimiyyətdən getməsinə nail olmaq hələ o demək deyil ki, müxalifət hakimiyyətə layiqdir. Bizim hakimiyyətə layiq olub-olmadığımızı yalnız millət müəyyənləşdirməlidir. Bunun üçün də millət bizim niyə mübarızə apardığımızı və nə istədiyimizi, nə cür dövlət quracağımızı, hansı sistemi yaradacağımızı bilməlidir. Bu baxımdan fəaliyyətimiz, fikirlərimiz bütün aydınlığı və açıqlığı ilə millətə çatdırılmalıdır ki, o bizim layiqliyimizi, siyasi qabiliyyətimizi görüb qiymətləndirə bilsin? - deməklə, hakimiyyətə gedən yolun düzgün istiqəmətini göstərmişdir. O, həmçinin, partiyanın hakimiyyə gəlmə məqsədini də açıq tərzdə belə ifadə edib: [b]?Hakimiyyət bizim üçün son məqsəd deyil, Vətənimiz naminə quruculuq planlarımızı həyata keçirmək üçün bir vasitədir.?[/b] Məhz bu prinsiplərinə sadiq qaldığına görə Etibar Məmmədova rəhbərlik etdiyi partiyanı hakimiyyətə gətirmək şansları ələ düşsə də, bu fürsətlərdən yararlanılmayıb. Çünki seçkidən və xalqın iradəsində kənar hər cür vasitələrlə hakimiyyətə gəlmək təhlükəli yol hesab edilib. Tarix isə bu üsullarla hakimiyyətə gələnlərin faciəli sonluqluqlırını dəfələrlə isbatlayıb. AMİP müxalifət partiyası olaraq fəaliyyətini yalnız tənqidlər üzərində qurmadığından, konstruktiv mövqe sərgilədiyindən, problemlərdən çıxış yollarını göstərdiyindən, mükəmməl proqramlar və alternativ layihələr ortaya qoyduğundan, eləcə də, müstəqil və ardıcıl siyasi xətt yürütdüyündən, cəmiyyət arasında böyük dəstəyə sahibliyindən, sabit elektorata malikliyidən dolayı həmişə sağdan-soldan hücumlara məruz qalıb. Partiya həm iqtidar, həm də müxalifət cəbhəsinə qarşı eyni vaxtda mübarizə aparmaq məcburiyyəti ilə üzləşsə də, doğru bildiyi yolundan, ideya və prinsiplərindən bir addım da olsa geri çəkilməyib. Ölkədə keçirilən bütün seçkilərdə iştirak edən partiyanın qazandığı uğurlar bir daha sübüt etdi ki, AMİP ölkənin ölkənin ictimai-siyasi həyatında ciddi dəstəyə malikdir. 11 oktyabr 1998-ci ildə keçirilən prezident seçkilərində yeganə müxalifət partiyası kimi iştirak edən AMİP və onun namizədi Etibar Məmmədov demokratik seçkilərə hazır olmayan H.Əliyev iqtidarına qalib gəlmək əzmini nümayiş etdirdi. Bu seçkilər Azərbaycan xalqının AMİP-ə və onun Lideri Etibar Məmmədova etibar və etimadının daha bir təzahürü idi. Bütün zamanların partiyası statusus almış AMİP məhrumiyyətlərə, siyasi rejimin yaratdığı qeyri-sağlam mühitə baxmayaraq bu gün də Azərbaycanda demokratiya və hüquqi cəmiyyət uğrunda aparılan mübarizənin önündədir. Zamanın və tarixin ağır sınaqlarından çıxmış AMİP-çilər rejimin zor aparatının amansızlıqlarına məhəl qoymadan ideyalarının qalib gəlməsi üçün yorulmadan Azərbaycanın sabahına doğru mətin addımlarla irəliləməkdədirlər. Təsadüfi deyil ki, Azərbaycanda yüz minlərlə insan ölkənin inkişafını, firavan gələcəyini, demokratik, azad cəmiyyət quruculuğunu, vahid və Böyük Azərbaycana qovuşmağın ümidlərinin gerçıkləşməsini məhz AMİP-də görməkdədir. Minlərlə soydaşımız öz taleyini bu partiyaya bağlayıb. Məramnaməsində 6 prinsipi əsas tutan partiyanın bu prinsiplərin və sivil dəyərlərin Azərbaycanda həyata keçirməsi üçün arzulanan imkanların AMİP tərəfindən gerçəyə çevriləsi günə isə çox az qalıb. Heç şübəsiz ki, 20 ili qos-qocaman partiyası bu vəzifəsinin öhdəsindən da ləyaqətlə və şərəflə gələcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA