20-07-2012 [01:00]
01;ticəni səbəb doğurur, bu dialektik fəlsəfənin qızıl qanunlarından biridir[/b]
[i]Əli Orucov[/i]
Misirin yeni seçilmiş prezidenti Məhəmməd Mursi vəzifəsinə rəsmi başlayar-başlamaz ilk verdiyi qərar qanlı diktator Hüsnü Mübarəkin devrilməsinə qalxmış xalqa qarşı silah işlətmiş, yaxud da, bu kimi cinayətlərə rəvac vermiş yüksək rürbəli məmurların fəaliyyətlərini araşdırmaq, onlar barəsində cəza tədbirlərinin həyata keçirilməsi oldu.
Yeni prezidentin da bir risqli və vacib addımı Ali Hərbi Şura tərəfindən buraxılan seçilmiş parlamentin bərpası, hərbçilərin ictimai-siyasi həyata önəmli təsirini azaltmağa yönəldi. Baxmayaraq ki, Misir xalqı 1956-ci ildən bir-birini çevrilişlərlə əvəzləyən qanlı diktatorların idarəçiliyi altında yaşamaış, bu diktatorların qurduqları rejimlərin sərt və zorakı maşınları altında illərdən bəri zülm çəkmişlər. Üstəlik də, iki dəfə İsrail-Ərəb müharibələrinin itkilərinə məruz qalmışlar. Məhəmməd Murisi heç nədən çəkinmədən və qorxmadan demokratiya və Misir xalqının parlaq gələcəyi naminə bunları etdi. Onun bu siyasətinin davamı gələcəyinə də heç bir şübhə qalmır. Araşdırmacılar da bu qənaətdədirlər. Misir bir Afrika ölkəsi olsa da, orada baş verən proseslər demokratiya uğrunda mücadilə verən xalqlar və millətlər üçün sanki bir örnək olaraq diqqətlə izlənilməkdədir. Elə Azərbaycan cəmiyyəti də Misir də daxil olmaqla ?ərəb baharı?nın bu Şimalı Qafqaz ölkəsinə də tezliklə gəlib çıxmasının intizarını çəkməkdədir. Amma nə yazıqlar ki, bu ?baharın? Azərbaycana 1992-ci ildə gəldiyini və bundan xalqın xoş gələcəyi və demokratiyanın təntənəsi naminə yararlnama fürsətinin qısa zaman kəsiyində qaçırılması diqqətə alınmır. Bunun əvəzində isə məsuliyyətdən yayınma, yaxud da, günahın başqalarının üzərinə atılması tendensiyası illərdi davam edir. Söhbət 1992-ci ildə mərhum sabiq prezident Əbülfəz Elçibəyin rəhbərliyi altında AXC-nin hakimiyyətə gəlməsindən və süqutundan gedir. Bu gün Misirdə baş verən hadisələr 20 il əvvəl Azərbaycanda cərəyan edən proseslərə çox oxşar olduğundan, bir sıra məsələlərdə parallelik aparmaq və buraxılan səhvləri yenıdən gözdən keçirmək imkanı yaranır. 1992-ci ildə Azərbaycanda hakimiyyətdə olan sabiqlərin keçmişlə bağlı fikirlərini oxuduqca, yaxud da, dinlədikcə insanı vahimə basır. İndiyə qədər bir kimsə öz səhvini və ya suçunu etiraf etməməsi güya onların ?dahiliyinə? xələl gətirə bilər. Bunların arasında hakimiyyətə yenidən iddialı olan kəslər unudurlar ki, keçilən yolu dərin təhlildən keçirmədən, yanlışlıqları etiraf etmədən və bunu sizə etimad göstərmiş insanlara cəsarətlə söyləmədən həmin etimadı yenidən qazanmağın yolu yoxdur.
Bəhanə səbəb deyil və nəticəni doğurmur.
Nəticəni səbəb doğurur, bu dialektik fəlsəfənin qızıl qanunlarından biridir. Amma xalqa 20 il ərzində bəhanə söylənilib. Nəticə var, AXC haikimiyyəti süqut etdi. Buna səbəb nə idi?
Yazımı Məhəmməd Mursinin atdığı addımlarla təsadüfən başlamadım. Cəbhə hakimiyyətinin ən böyük səhvlərindən biri parlament seçkilərinə getməməsi və kommunistlərlə iş birliyi qurmasıdır. Onlar xalqa qarşı çıxan, ömrü boyu komminizmə sədaqətlə xidmət göstərən, imperiyanın nökərləri qismində varlıqlarını sürdürən, satqınçılığı və riyakarlığı özləriniə peşə seçən namenklatura ilə hakimiyyət bölgüsü aparanda artıq hakimiyyətlərini əldən vermişdilər. Sonradan dönəmin baş naziri vəzifəsini tutmuş Pənah Hüseynin etiraf etdiyi kimi, AXC hakimiyyətə gələndə gərək Məhəmməd Mursinin atdığı addımları ataydı. Hərəkata qənim kəsilmiş kommunist məmurları cəzalandıraydı. Halbuki Etibar Məmmədov dəfələrlə yüksək kürsülərdən hakimiyyətdə olanlara bunları deyirdi, bunları tələb edirdi. İndi Elçibəy hökümətinin yıxılmasında ədalətsiz yerə sucladıqları Etibar Məmmədovun bu həyacan siqnalına əhəməyyət verilmədi.
O dönəmin millət vəkillərindən biri olmuş İbrahim İbrahimli mətbuata verdiyi açıqlamasında AXC hökümətinin yıxılmasın barədə zamanın şərtlərindən danışaraq qeyd edir: ?Sovet imperiyasının dağılmasından sonra milli qüvvələrin hakimiyyətə gəlişi və qısa zamanda hakimiyyətdən gedişi onunla bağlı idi ki, cəmiyyət demokratiyaya alışmamışdı, demokratiyadan sui - istifadə baş verdi. Keçmiş SSRİ məkanında bu proses, Baltikyanı ölkələri çıxmaq şərti ilə, digər bütün respublikalarda getdi. Yenidən geriyədönmə prosesi baş verdi?. Bu yanaşma kökündən yanlışdır. Əvvəla ona görə ki, Şərqdə ilk demokratik cümhuriyyəti məhz Azərbaycan xalqı qurmuşdur. İkncisi də,
demokratiyaya alışmayan xalq necə oldu ku, demokratik yolla özünə Əbülfəz Elçibəyi prezident seçdi
və özlərini demokratik qüvvələr adlandıranları hakimiyyə gətirdi? Bu nə məntiqdir? Yenə məsuliyyətdən qaçma. özünün və silahdaşlarının günahlarını dilə gətirməmək üçün, hətta, bu insan xalqı əsassız ittiham etməkdən belə çəkinmır. Əslində isə demək lazım idi ki, təcrübəsizlik, anarxiya, daxili parçalanmalar, kadrların düzgün seçilməməsi, idarəsizlik, zəiflik, bacarıqsızlıq, mərkəzi hakimiyyət orqanlarının seçilmiş prezidentə tabe olmaması və s. kimi amillər hakimiyyətin axırına çıxdı. Bu sadaladığım hallar olmasaydı kimlərinsə üzərinə silahla getməyə də ehtiyac qalmayacaqdı. Reallıqda hakimiyyətdə Elçibəy olsa da, real hakimiyyət Elçibəydə deyildi. Həm kommunistlərlə iş birliyinə gedilməsi, həm daxili ziddiyyətlər, həm də AXC-nin bir neçə yerə parçalanması acınacaqlı sonun başlanğıcını qoydu. Siz təsəvvür edin ölkənin ikinci şəxsi, parlament sədri İsa Qəmbər hakimiyyətdə ola-ola özünə ayrıca partiya yaratmışdı, Daxili İşlər Nazirliyi İsgəndər Həmidov rəhbərliyində tam bir müstəqil qurum idi, Müdafiə Naziri Rəhim Qazıyev özünə oynayırdı. Gəncəbasar Sürət Hüseynovun suveren xanlığı olmuşdu, Naxçıvan Muxtar Respublikasındakı ?muxtar? sözü isə müstəqim mənasını H.Əliyev tərəfindən itirmişdi. Ölkənin şimal bölgəsində ?sadvalçılar?, cənubunda isə ?əlikramçılar? at oynadırdı. Dağlıq Qarabağ və ona bitişik ərazilər isə döyüş meydanına çevrilmiş, hərbi-səhra komandirləri arasında bölünmüşdü. Bir sözlə, Elçibəy iqtidarı ölkəyə nəzarəti tam itirmiş, ölkənin suveren hüquqlarını ciddi təhlükəyə məruz qalmışdı. Bunun günahını başqalarının, xüsusən də, Etibar Məmmədovun üzərinə yıxmaq ən azından vicdansızlıqdır. Hətta, paradoksa baxın ki, seçilmiş prezidentin həbsinə sanksiya verən sabiq Baş Prokuror İxtiyar Şirin də xəcalətindən yerə girmək, yaxud da, intihar etmək əvəzinə o da ümumi xora qoşulur.
İnsan varsa, fəlaiyyət göstərirsə səhvlərın olması da mümkündür.
Əlalxüsus da, dövlətin və millətin taleyində önəmli rol oynayan böyük şəxsiyyətlərin yol verdikləri, hətta, xırda nöqsanlar belə sonradan həmin millətin gələcək taleyinə ciddi təsir göstərir. Böyük dəyər verdiyim Elçibəyin iqtidara gəlməsi nə qədər səhv idisə, iqtidarını H.Əliyevə ötürməsi bir o qədər yanlış idi. Həmin dövrlərdən bir qədər məlumatlı şəxs olaraq təkcə bircə faktı deyim ki, Sürət Hüseynovun zərərsizləşdirilməsi əməliyyatı fiaskoya uğradıqdan sonra Azərbaycanın əksər yerli icra qurumları öz postlarını qoyub qaçmışdılar. Əhali H.Əliyevə deyil, hakimiyyəti AMİP-ə həvəslə verməyə hazır idi. Amma AMİP çevrilişlə hakimiyyətə gəlməyin qəti əleyhinə oldu. Bu gün də partiya eyni mövqeyində qalır. Çevrilişlə gələn çevrilişlə də gedər. Bunu AXC yaşadı. Əliyevlərin də eyni aqibəti yaşamayacağının təminatını heç kəs verə bilməz.
Mərhum prezidet Əbülfəz Elçibəyin xalqın etimad edərək ona verdiyi hakimiyyəti nəticəsini əvəllcədən bilərəkdən, ya bilməyərəkdən H.Əliyevə ötürməsinə isə tarixin və zamanın özü qiymətini verdi. Baxmayaraq ki, bu reallığı və fakti o zaman hakimiyyətdə olanların əksəriyyəti danmaqdadırlar. Amma AXC iqtidarının görkəmli ideoloqlarından və nümayəndələrindən olan İ.İbrahimli nala-mıxa vursa da nəhayət ki, bunları etiraf etmək zorunda qaldı. İbrahim bəy mətbuata açıqlamalarının birində deyir: ?Zaman dünyada, bölgədə baş verən prosesləri, bölgədəki siyasi şərtləri, geosiyasi maraqları nəzərə alanda məlum olur ki, milli hakimiyyəti qoruyub saxlamaq mümkün deyildi. Hətta silaha əl atılsaydı, böyük miqyasda zor tətbiq edilsəydi də hakimiyyəti saxlamaq mümkünsüz idi. Əbülfəz Elçibəy, milli hakimiyyət çətin seçim qarşısında qalmışdı. Ya hakimiyyət Rusiyanın ssenarisinə uyğun olaraq Ayaz Mütəllibova və ya Surət Hüseynova verilməliydi, ya da Heydər Əliyevə ötürülməliydi. Milli hakimiyyət iki variantdan birini seçməli idi. Belə qənaətə gəlindi ki, Ayaz Mütəllibovdan və Surət Hüseynovdan fərqli olaraq Heydər Əliyev Azərbaycana rus qoşunlarının yenidən gəlməsini, Azərbaycanın rusların himayəsi altında idarə olunmasını qəbul etməyəcək, Azərbaycanın müstəqilliyinə xələl gəlməyəcək, qorunub saxlanacaq. Ona görə də Heydər Əliyev variantının üzərində dayanıldı. Bu variant seçilərkən Əbülfəz bəy bilirdi ki, Azərbaycanda demokratiyaya ciddi zərbə dəyəcək, ölkə demokratiya yolundan uzaqlaşacaq. Amma Ayaz Mütəllibov və ya Surət Hüseynov variantı daha pis idi, Azərbaycanın müstəqilliyinin ruslar tərəfindən sıradan çıxarılması təhlükəsi real idi. Milli hakimiyyət üçün isə hər şeydən vacib məsələ Azərbaycanın müstəqilliyinin qorunub saxlanması idi?.
Amma Azərbaycanın həm suverenliyini qoruyub möhkəmlədirmək, həm də ölkədə demokratik cəmiyyətin qurulması fürsətini tarix və zaman 1992-ci ildə xalqımıza vermişdi. Lap indi Misirdəki kimi. Sadəcə, bunu bacarmaq, qətiyyət, siyasi iradə ortaya qoymaq və yaranmış imkanı lazımınca dəyərləndirmək gərəkirdi.