Nemət Pənahlının səhhəti ağırlazıb

img

17-07-2012 [09:26]


Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri, xalq hərəkatının liderlərindən biri olmuş Nemət Pənahlını vəziyyəti ağırlaşıb. Bu barədə gozetci.az portalına N.Pənahlının həyat yoldaşı Həcər Pənahlı məlumat verib. H.Pənahlı bildirdi ki, dünən həyat yoldaşının saxlanıldığı cəzaçəkmə müəssisəsində onunla görüşüb: "Nemət bəy şəkər xəstəlindən əziyyət çəkir. Bununla bağlı artıq səhhətində ciddi problemlər yaranıb və onun bədənində zəifləmə əmələ gəlib. Vəziyyəti get-gedə ağırlaşır. Onun böyrəklərində də problem var. Bu səbəbdən də o nə şəkər xəstəliyinə, nə də ki, böyrəklərindəki problemlərə görə dərmanlardan istifadə edə bilmir. Çünki şəkər xəstəliyi ilə bağlı istifadə etdiyi dərmanlar böyrəklərinə, böyrəklərindəki problemlərlə bağlı istifadə etdiyi dərmanlar isə şəkər xəstəliyinə görə ona mənfi təsir göstərir. Buna görə o dərmanlardan da istifadə edə bilmir. Nəticədə isə durumu çox ağırlaşıb". Qeyd edək ki, Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham edilən N.Pənahlı Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edib. Hazırda o Binədəki 17 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA