ictimai Palata sabah dəyirmi masa keçirir

img

19-07-2012 [07:08]


İctimai Palata iyulun 20-də növbəti dinləmələr təşkil edir. Budəfəki mövzu ?Avropa Məhkəməsinin Azərbaycanda insan haqlarının qorunmasında rolu və problemlər? adlanır. Məruzəçi tanınmış hüquqşünas, Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevdir. Tədbir saat 12:00-da Müsavat Partiyasının qərargahında başlayacaq. Hüquqşünaslar, vətəndaş cəmiyyəti nümayəndələri və siyasi partiya təmsilçiləri tədbirə dəvətlidir. Tədbirdə İntiqam Əliyevə qarşı Türkiyədə başlanmış cinayət işi ətrafında müzakirələrin gedəcəyi də gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA