ümid Partiyası regional müzavirə keçirib

img

09-07-2012 [04:38]


Gəncə şəhərində Ümid Partiyası regional müşavirə keçirib. Partiyanın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, müşavirədə partiya rəhbərliyində təmsil olunan şəxslərdən - Ali Məclisin sədri Ənvər Ağazadə, sədrin təşkilat məsələləri üzrə müavini Rəfail Tağızadə və təşkilat şöbəsinin müdiri İdris Hüseynov, rayon şöbələrindən - Gəncə, Mingəçevir şəhər, Ağstafa, Qazax, Şəmşir, Goranboy, Samux, Şəmkir və Göygöl rayon şöbələrinin rəhbərliyi iştirak ediblər. Toplantıda Ənvər Ağazadə ölkədəki ictimai-siyasi və sosial vəziyyət haqda çıxış edib, partiya üzvlərinin qarşısında duran vəzifələrdən danışıb: ?Biz ölkəmizdə demokratik idarəçilik, əsas insan hüquq və azadlıqlarına hörmət, ədalətli cəmiyyət, insanların həyatını və yaşayışını yaxşıya doğru dəyişmək istəyirik. Biz istəyirik ki, Allahın böyük sərvətlər verdiyi ölkəmizin insanları yoxsul, mənən sınmış vəziyyətdə deyil, firavan və məğrur yaşasınlar. Biz istəyirik ölkəmizin ərazi bütövlüyünü təmin edək, korrupsiya və rüşvətxorluğa son qoyaq. Ölkəmizin adını beynəlxalq təşkilatların qara siyahılarında deyil, dünyanın inkişaf etmiş sivil, demokratik ölkələri sıralarında görək?. ?Biz istəyirik ölkəni idarə edən məmurlar, öz vəzifələrinə varlanmaq, dövlətin büdcəsini çapıb ? talamaq, sadə xalqın haqqını, hüququnu tapdalamaq imkanı kimi baxmasınlar. Vəzifələrinə xalqa xidmət etmək olduğu kimi yanaşsınlar. Buna görə dövlət qarşısında məsuliyyət daşıdıqlarını unutmasınlar. Sözsüz ki, bizim kimi düşünən, ölkəmizdə köklü dəyişiklik istəyən insanların sayı milyonlarladır. Nədən ölkəmizin demokratikləşməsini istəyən milyonlarla soydaşımız bizimlə bir sırada olmasın!? Bizə dəstək verməsin!??: deyən Ənvər Ağazadə bu dəstəyi qazanmaq üçün hər bir partiya üzvünün görəcəyi işlərdən danışıb. Təşkilat məsələləri üzrə müavin Rəfail Tağızadə isə təşkilatlanma işləri, 2013-cü ildə keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlı çıxış edib. Rayon şöbə rəhbərliyinə tapşırıq və tövsiyələrini verib. Toplantı iştirakçılarının suallarını cavablandırıb. Müşavirədə çıxış edən Gəncə şəhər şöbəsinin sədri Salman İmanlı yerli əhalinin partiyamıza olan münasibətindən danışıb, hər ay sıralarımıza yeni üzvlərin qoşulduğunu faktlarla göstərib. Yerli əhalinin ölkədə köklü dəyişiklik edə biləcək təşkilat kimi Ümid Partiyasına ümid etdiklərini söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA