Məzahir Pənahov Avropaya səfərə gedir

img

11-07-2012 [02:52]


Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov iyulun 12-13-də Avstriyada səfərdə olacaq. MSK-nın mətbuat xidmətindən daxil olan məlumata görə, səfərdə məqsəd Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) "Demokratik seçkilər və seçkilərin müşahidəsi" mövzusunda Vyanada ATƏT-in Əlavə İnsan ölçüsü görüşü ilə əlaqədar təşkil etdiyi tədbirdə iştirak etməkdir. Səfər zamanı MSK sədrini Katibliyin müdiri Rövzət Qasımov müşayiət edəcək. Səfər çərçivəsində MSK sədrinin bir sıra rəsmi görüşləri də nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA