ABŞ-ın Azərbaycandakı yeni səfiri and içdi

img

22-07-2012 [04:00]


ABŞ-ın Azərbaycanda yeni təyin olunmuş səfiri Riçard Morninqstarın andiçmə mərasimi iyulun 20-də keçirilib. Bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda deyilir. And içmədən sonra Riçard Morninqstar Dövlət Departamentinin sədri Hillari Klintonla görüşüb. Qeyd edək ki, iyunun 30-da ABŞ Senatı Riçard Morninqstarın Azərbaycanda səfir postuna namizədliyini təsdiq edib. Morninqstarın bu posta namizədliyi aprel ayında ABŞ Prezidenti Barak Obama tərəfindən irəli sürülüb. Senatın Xarici əlaqələr komitəsi isə bu təklifi yekdilliklə bəyənib. ABŞ Prezidenti Barak Obama 29 dekabr 2010-cu ildə Metyu Brayzanı Senatın razılğı olmadan Azərbaycana səfir təyin etmişdir.Ermənipərəst senatorlar Barbara Bokser və Robert Menendes təziq göstərərək, onun namizədliyinə mane olurdular./Trend.az/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA