Əvəz Temirxan Mütəllibovla bağlı açıqlama verdi

img

09-07-2012 [07:51]


ALP sədri Əvəz Temirxan MİA-ya açıqlamasında bildirib ki, partiya "Sabiq Prezidentlər haqqında" Qanunun qəbul olunmasını və keçmiş prezident A.Mütəllibovun Azərbaycana gəlişinə imkan verilməsini gec atılmış təqdirəlayiq addım kimi dəyərləndirir. 1993-94-cü illərdə Azərbaycanın dövlət katibinin baş köməkçisi olmuş Əvəz Temirxan bildirdi ki, o zaman dövlət katibi Lalə Şövkət ümummilli barışıq naminə mərhum Heydər Əliyevə "Sabiq Prezidentlər haqqında" Qanun qəbul etməyi, A.Mütəllibovla, Ə.Elçibəyin Bakıya qayıdışına imkan verməyi, hətta onların H.Əliyevin andiçmə mərasimində iştirak etməsini təklif edib. H.Əliyev bu təklifi əvvəlcə qəbul etmişdir. Lalə Şövkət keçmiş prezidentlərin Bakıya qayıdışını müzakirə etmək üçün A.Mütəllibovun qohumlarını qəbul etməyə və Ə. Elçibəylə danışıqlar üçün Kələkiyə səfərə hazırlaşarkən hansısa səbəbdən, kiminsə məsləhəti ilə H.Əliyev bu qərarından daşınmışdır. Ə.Temirxan bildirmişdir ki, əgər o zaman bu addım atılsaydı, cəmiyyət 19 ilini daxili çəkişmələrdə keçirməzdi və bu gün başqa Azərbaycanda yaşayardıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA