Məlahət ibrahimqızı: "Ermənistanın mövqeyi bütövlükdə dünya ictimaiyyətinə qarzı yönəlib"

img

05-07-2012 [04:37]


?Ermənistan prezidenti Serj Sarkisyanın son bəyanatları bir daha təcavüzkar dövlətin mahiyyətini göstərir. Bu, o deməkdir ki, Ermənistan öz işğalçılıq siyasətindən dönmək fikrində deyil?. Bu fikirləri açıqlamasında YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. M.İbrahimqızı bildirib ki, beynəlxalq birlik S.Sarkisyanın bu mövqeyinə münasibət bildirməlidir. Onun sözlərinə görə, bir sıra beynəlxalq qurumlar, BMT Təhlükəsizlik Şurası, Avropa Şurası, NATO, Avropa Parlamenti və digərləri Azərbaycanın ərazi bütövlüyünün tanınması haqqında qətnamələr qəbul ediblər. Eyni zamanda, həmin sənədlərdə Ermənistanın işğal etdiyi ərazilərin azad olunmasının zəruriliyi vurğulanıb. ?ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar prosesinin intensiv xarakter aldığı bir vaxtda bu bəyanatlar sülh prosesinə zərbə vurur. Bununla da, erməni tərəfi etiraf edir ki, rəsmi Yerevan sülhün əldə olunmasına maraqlı deyil. Ümumiyyətlə, Sarkisyanın bəyanatları təkcə Türkiyə və Azərbaycana qarşı deyil, bütövlükdə dünya ictimaiyyətinə qarşı yönəlib. Çünki sülhə və təhlükəsizliyə qarşı olan təhdidlər bəşəri xarakter daşıyır. Ona görə də, beynəlxalq birlik susqunluq nümayiş etdirməməlidir?- deyə YAP Siyasi Şurasının üzvü vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA