ALDP keçid hökümətin yaradılmasını təklif edir

img

03-07-2012 [04:51]


Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin rəhbərliyi ilə Sədr Aparatının iclası keçirilib. İclasda içtimai-siyasi və təşkilati məsələlər müzakirə olunub. İclasda vətəndaşların sosial rifahının getdikcə ağırlaşması ilə bağlı bəyanat qəbul olunub. Bəyanatda bildirilir: "İşsizliyin aradan qaldırılması, sosial problemlərin həll etmək əvəzinə iqtidar öz həyatını yaxşılaşdırır. Kiçik məmurlardan tutmuş iri ranqlı məmurlara qədər ?villa? yarışması keçirilir. Məmurlar nəinki Azərbaycanın bütün bölqələrində, hətta dünyanın ayrı-ayrı yerlərində villalara sahibdilər. Dövlət büdcəsini talayan məmurların məsuliyyətə cəlb olunmayacaqlarının bilirlər. Onlar bilirlər ki, heç kim bu əməllərin qarşısını ala bilməyəcək. Amma heç də arxayın deyillər. Çünki arxayın olsayıdılar, ətraflarında 5-10 cangüdən gəzdirməzdilər. Bu məmurlar nə dövlətdən, nə də onun qanunlarından deyil, xalqın qəzəbindən qorxduqlarından cangüdənlərlə hərəkət edirlər. İqtidar nümayəndələri Azərbaycanın Avropa tipli ölkə kimi dünyaya bəyan edir, amma heç də canqüdənsiz olan Avropa ölkələrin nazirlərin, hətta baş nazirlərin və prezidentləri kimi yaşamırlar. Kasıb olan Azərbaycan xalqının səbri bir gün tükənəcək və korrupsiyaya bulaşmış məmurları, bu iqtidarı siyasi səhnədən siləcək. ALDP gözlənilən sosial partlayışın qabağının alınması üçün iqtidarı kadr və iqtisadi islahatlara başlanmasını çağırır. ALDP prezident seçkiləri öncəsi iqtidar və müxalifətin bir araya gəlməsini və keçid hökümətin yaradılmasını təklif edir. Bu birlik xalqın gələcəyinə hesablanmış olar".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA