Hafiz Hacıyev xalq arasında uğurlu təbliğat aparanları mükafatlandırıb

img

03-07-2012 [02:45]


Bu gün Müasir Müsavat Partiyasının mərkəzi qərargahında partiyanın İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan xəbərə görə, toplantıda ilk öncə ölkədə və dünyada baş verən hadisələr müzakirə edilib. Xüsusən qonşu dövlətlərdə baş verən hadisələr, onların baş vermə qaynaqları ,Azərbaycanın bu gərgin məqamlarda mövqeyi və rolu həmçinin maraq doğuran digər məsələlərə fərqli istiqamətlərdən yanaşmalar olub. Sonra ölkə daxili məsələlər, hakimiyyət və müxalifət cəbhəsindəki mövcud durum, hadisələrin inkişafında tərəflərin atdığı addım və tutduqları mövqe müzakirəyə çıxarılıb. Toplantı iştirakçıları son günlər radikal bəyanatlar verən və xalqı üsyana səsləyən qüvvələrin birdən-birə fəaliyyətsiz duruma düşməsinin səbəblərini araşdırıb. Toplantıda çıxış edən partiya üzvləri müxalifətin daxilində bir qrup satqınların olduğunu və həmin insanların fəaliyyəti nəticəsində partiyaların bir araya gələ bilməmələrini qeyd edib. Daha sonra partiyadaxili məsələlər müzakirə edilib. MMP-nin son bir ayda fəaliyyəti, təşkilatlanmanın səviyyəsi, verilən tapşırıqların icrası və ən önəmi rayon təşkilatlarında 2013-cü il prezident seçkilərinə hazırlıq üçün lazım olan işlərin uğurlu alınması üçün görüləcək işlər müzakirə edilib və partiya təşkilat sədrlərinə müvafiq tapşırıqlar verilib. Toplantının sonunda partiyada yaradılmış təbliğat-təşviqat qruplarının rəhbərlərinin hər birinə xalq arasında apardığı uğurlu təbliğat işlərinə görə 100 AZN məbləğində mükafat verilib. Mükafat alanlar; 1. Alıyeva Rəbiyə Fəxrəddin qızı 2. İsmayılova Tərlan Məmməd qızı 3. Həziyeva Anaxanım Müslüm qızı 4. Məmmədova İlhamə Tofiq qızı 5. Nəcmıddinova Tamella Tahir qızı 6. Rəhimova Cəmilə Məhəmməd qızı 7. Rüstəmov Namiq Cəfər oğlu 8. Qasımov İsmət Tahir iğlu 9. Cəfərov Taleh Əli oğlu 10. Əliyev Qasım Kazım oğlu#252;nl#287;urlu al#252;st

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA