?Vahid namizəd ideyasına elə toy tutublar ki, cəmiyyət heç kimə inanmır?

img

02-07-2012 [01:04]


?Son günlər müxalifətin vahid namizədinin müəyyənləşdirməsi ilə bağlı ortalığa atılan ideyanın reallaşacağına inanmıram. Çünki özünü ana müxalifət adlandıran düşərgədə bu missyanı üzərinə göterəcək lider yoxdu?. Bu fikri AİDP sədri Tahir Abbaslı deyib. Onun sözlərinə görə, müxalifət liderləri zaman-zaman sosial sifarişlərə məhəl qoymadıqlarından bu gün onların fəaliyyəti cəmiyyətdə qıcıq yaradır: ?Zaman-zaman bu ideya gündəmə gələndə elə oyunlardan çıxıblar ki, ideyanın özü artıq gülüş doğurur?. T.Abbaslı hesab edir ki, cəmiyyətdə bu yükü daşıya biləcək insanlar var: ?Amma ?ana müxalifət? bu ideyaya öz əməlləri ilə elə bir toy tutub ki, cəmiyyət heç kimə inanmır?. İctimai Palatanın da artıq dağılmaq ərəfəsində olduğunu deyən AİDP sədrinin fikrincə bir araya gəlib öz problemlərini həll edə bilməyən müxalifət düşərgəsi cəmiyyətin problemlərini necə həll edəcək. ?Sosial şəbəkələrdə müsavatçılarla cəbhəçilər arasında yaşanan gizli savaş da göstərir ki, İP-də və başqa ad altında birləşməyin heç bir mənası yoxdur? deyən AİDP sədrinin sözlərinə görə ?ana müxalifət? YAP-çı Siyavuş Novruzovun bu düşərgə ilə bağlı proqnozlarını doğrultmaqdan başqa bir işlə məşgul olmurlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA