iki partiya birləzməklə bağlı protokol imzaladı

img

30-06-2012 [07:19]


Vətəndaş və İnkişaf Partiyasının (VİP) qərargahında VİP rəhbərliyi ilə ?Odlu Yurd? Xalq Partiyası Mərkəzi Təşəbbüs Qrupunun üzvləri arasında görüş keçirilib. Görüşdə VİP və ?Odlu Yurd? Xalq Partiyasının vahid strukturda birləşməsi məsələsi ətraflı müzakirə olunub, bu siyasi təşkilatların VİP tərkibində birləşməsi və fəaliyyət göstərmələri qərara alınıb. Müzakirələrdən sonra VİP sədri Əli Əliyev və ?Odlu Yurd? Xalq Partiyası Mərkəzi Təşəbbüs Qrupunun sədri Nazim Məmmədov arasında partiyaların birləşdirilməsinə dair müvafiq protokol imzalanıb. Görüşün sonunda qarşıdakı günlərdə partiyaların struktrularının inteqrasiyası ilə əlaqədar geniştərkibli tədbirin təşkilinə dair qərar qəbul olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA