Gənclər Təzkilatları Milli Şurasına yeni sədr seçildi

img

30-06-2012 [04:49]


İyunun 30-da Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) növbəti qurultayı keçirilib. Qurultayda Milli Şuraya yeni sədr seçilməsi məsələsinə baxılıb. Milli Şuranın sədrliyinə 3 namizəd olub. Bunlar Mirhəsən Seyidov, Gülsel Səfərova və Şahin Seyidzadədir. Keçirilən səsvermə zamanı Şahin Seyidzadə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına yeni sədri seçilib. Ş.Seyidzadə ?Vətəndaş Cəmiyyətində Debat? İctimai Birliyinin icraçı direktorudur. Xatırladaq ki, 2004-cü ilin mart ayından indiyədək ARGTMŞ-na millət vəkili Fuad Muradov sədrlik edirdi. Beləliklə F.Muradovu yeni sədr əvəz etdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA