Hafiz Hacıyev Qaralova müraciət etdi

img

28-06-2012 [03:46]


Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevin AXCP sədri Əli Kərimli ilə bağlı hüquq mühafizə orqanlarına şikayət edəcəyi haqda bir neçə gün bundan öncə MMP Mətbuat Xidməti məlumat yaymışdı. Bu gün artıq partiya sədri Azərbaycan Respublikasının Prokuroru Zakir Qaralova rəsmi məktubla müraciət edib. Müraciətin məzmununu tam şəkildə təqdim edirik. Azərbaycan Respublikasının Baş Prokuroru,cənab Zakir Qaralova Müasir Müsavat Partiyasının (MMP) sədri Hacıyev Hafiz Ələmdar oğlu tərəfindən Müraciət Hörmətli Zakir müəllim! Azərbaycan Respublikasının Prezidenti sənab İlham Əliyevin sabiq prezidentlərin statusu ilə bağlı imzaladığı məlum qanundan sonra Müasir Müsavat Partiyasının sədri və Elçibəy fondunun təsisçisi kimi ərizə ilə Sizə müraciət etməyi özümə borc bildim. Azərbaycan Respublikasının sabiq prezidenti mərhum Əbülfəz Elçibəy 1999-cu ilin oktyabrında xəstə yatarkən mənim onu ziyarətim zamanı müəyyən adamların yanında (onların adlarını ərizəmlə bağlı aparılacaq araşdırma zamanı açıqlayacağam) mənə bildirmişdir ki, onun vəzifəsini tutmağa can atan müavini Əli Kərimli onun iyunun 24-də ad günündə içkisinin içərisində ona zəhər verib. Sabiq prezidentin ozünün dediyinə görə O, həmin gündən sonra özünü günü-gündən pis hiss edir, bədənində zəifləmə artır, zehni zəifləyir. Xalq cəbhəsinin bütövlüyünə ziyan vurmadan bu məsələni necə gündəmə gətirməyi götür-qoy etdiyini düşündüyünü də bəy onda bildirmişdir. Görünür ki, həmin zəhərdən rəhmətlik bəyin xəstəliyinin yaranması və nəticədə dünyasını vaxtından əvvəl dəyişməsi ona bu faktla bağlı qərar qəbul etməyə imkan verməyib. Bəyin bu dünyada olmaması və həmin sözləri onda eşitmiş şəxslərin bəyin yoxluğu zamanı ortaya çıxa biləcək bu məsələyə necə yanaşacaqları illər böyu mənə rahatlıq verməyib. Bundan başqa bu yaxınlara qədər statusu müəyyən olunmamış və müxalifətin lideri olmuş Elçibəylə bağlı belə müraciətə müsbət reaksiya gözləməməyim də məni belə müraciət etməkdən yayındırırdı. Lakin dövlət başçımız cənab Prezident İlham Əliyevin çoxların gözləmədiyi bu humanist qərarından sonra Sizə müraciət edərək AXCP sədri Əli Kərimlinin mərhum Əbülfəz Elçibəyi qəsdən zəhərləməsi faktı ilə bağlı Azərbaycan Respublikası CPM-nin 205-ci maddəsinə uyğun olaraq müvafiq araşdırma aparması üçün göstəriş verməyinizi xahiş edirəm . Hörmətlə, Muasir Musavat Partiyasının sədri Hafiz Haciyev

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA