Müqavimət Hərəkatı sıralarını genizləndirmək istəyir

img

27-06-2012 [05:37]


Bu gün - 2012-ci il iyun ayının 27-də Klassik Xalq Cəbhəsi Partiyasının mənzil qərargahında Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının İdarə Heyətinin növbəti yığıncağı keçirilib. Yığıncaqda qəbul olunmuş qərarların icrası müzakirə olunub. Qərarlarının icrası barədə məlumat nəzərə alınıb. DCUMH İdarə Heyəti Hərəkata yeni qüvvələrin cəlb edilməsi və fəaliyyət istiqamətləri ilə bağlı məsələni müzakirə edib. DCUMH İdarə Heyəti ACP sədri Sülhəddin Əkbərin hazırladığı, 2011-ci il aprel ayının 08-də? Azadlıq? qəzetində çap olunmuş ?Yol Xəritəsi - Demokratiyaya Yumşaq Keçid? sənədinin təkmilləşdirilmiş variantının geniş müzakirəsini təşkil etmək haqda qərar qəbul edib. DCUMH İdarə Heyəti ?Regiondakı mövcud hərbi-siyasi durum, Azərbaycanın ərazi bütövlüyünə təhdidlər? mövzusunda növbəti Qarabağ Forumunu 2012-ci il iyul ayının 10-da, saat 12.00-da KXCP-nin qərargahında keçirmək haqda qərar qəbul edib. DCUMH İdarə Heyəti qurumun fəaliyyətinin mətbuatda dolğun işıqlandırılması ilə bağlı qərar qəbul edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA