24-06-2012 [05:02]
[b]Həsən Kərimov: "Əgər bu hakimiyyət elementar dəyişiklik edib demokratik seçki keçirsə, 2013-də Azərbaycan xalqı bu hakimiyyətlə vidalaşar" [/b]
[b]Ötən ilin aprel ayından bəri müxalifət İctimai Palatanın mitinqində həbs olunan və sonradan beynəlxalq təşkilatların vicdan məhbusu elan etdiyi müxalifətçilərin azadlığa çıxması yönündə mübarizə aparır. İyunun 22-də ölkə başçısı əfv fərmanı imzaladı və 2 aprel məhbusları azadlığa çıxdı. Görəsən, müxalifət bundan sonra mübarizəsini hansı müstəvidə quracaq?
Bu və ya digər məsələlərlə bağlı suallarımızı AXCP Ali Məclisinin sədri Həsən Kərimov cavablandırır:[/b]
- Bu adamlar günahsız idilər və dünyanın heç bir yerində mitinqə, piketə görə adamı həbs etmirlər. Amma Azərbaycanda həbs etmişdilər. Buna baxmayaraq, əgər hakimiyyət indi belə bir addım atıbsa, mən bunu müsbət qiymətləndirirəm. Ancaq bu əfv fərmanı tam yerinə yetirilməyib. Siyahıda hüquq müdafiəçisi Vidadi İsgəndərli və AXCP Rəyasət Heyətinin üzvü Şahin Həsənlinin adı yoxdur. Ona görə də, bunu tam olmayan əfv fərmanı kimi dəyərləndiririk. Bundan sonra da onların azadlığa çıxması uğrunda həm İctimai Palata, həm də AXCP olaraq əlimizdən gələni edəcəyik.
[b]- Necə düşünürsünüz, əfv fərmanı İctimai Palatanın mübarizəsinin, beynəlxalq təşkilatların təzyiqlərinin, yoxsa hakimiyyətin humanistliyinin nəticəsidir?[/b]
- Bu hakimiyyətdən hər hansı humanistlik gözləmirəm. Əgər hakimiyyət humanist olsaydı, mitinqdə, piketdə iştirak etdiklərinə görə insanları həbs eləməzdi. Sadəcə olaraq, son vaxtlar hakimiyyətin öz sosial bazasını itirməsi, ictimai narazılığın son həddə çatması, İctimai Palatanın bir güc mərkəzi kimi formalaşması və beynəlxalq təşkilatların siyasi məhbusların taleyinə biganə qalmaması, nəhayət ki, İlham Əliyevi hərəkətə gətirdi və gec də olsa, belə bir addım atıldı.
[b]- Həsən bəy, "Eurovision" ərəfəsində müxalifət kifayət qədər aktivlik nümayiş etdirdi, amma tədbir başa çatan kimi passivlik yenidən başladı. Bu canfəşanlıq "Eurovision" üçün idi?[/b]
- Xeyr, bu, sadəcə olaraq, bir revanşdır. Mitinqlərin təxirə salınması ilə bağlı nə AXCP, nə də İctimai Palata olaraq, bizim qərarımız yoxdur.
Bilirsiniz ki, qarşıdan prezident seçkiləri gəlir. Bunun üçün müəyyən sənədlərin hazırlanması, təşkilatlanmanı gücləndirmək üçün işə başlamışıq. Yəni, ictimai-siyasi proseslərin gedişində hər hansı bir problem ortaya çıxarsa, mitinqlərin keçirilməsi gündəmdə olacaq. Düzdür, biz "Eurovision" ərəfəsində aktivləşərək beynəlxalq aləmin diqqətini əsasən siyasi məhbuslara, Azərbaycan hakimiyyətinin törətdiyi əməllərə yönəldirdik. Bu, bizim əsas hədəfimiz idi. Təbii ki, beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətinin necə bir hakimiyyət olduğunu dərk elədilər. Başa düşdülər ki, Azərbaycan dünyanın ən korrupsioner ölkəsidir, burda demokratiya yoxdur, ölkədə diktatura mövcuddur. Bu addımlardan sonra dünyanın ən aparıcı mətbuat orqanları, media qurumları Azərbaycan haqqında silsilə materiallar verdi və həmin materiallarda hakimiyyətin iç üzü açıldı. Biz əvvəlki missiyamızı davam etdirmək niyyətindəyik, mitinqlər gündəmimizdədir, təşkilatlanma gedir. Günlərin bir günündə eşidəcəksiniz ki, İctimai Palata mitinqlər haqqında qərar verdi.
[b]- Adətən siyasi təşkilatlar da yay aylarında istirahət edir. Ancaq payızda aktiv fəaliyyətə başlayır. Hazırda payız planlarınız varmı və nədən ibarətdir?[/b]
- İctimai Palata seçki qanunvericiliyinin dəyişdirilməsi üçün müzakirələrə başlayıb. Yay mövsümündə əsasən bu istiqamətdə fəaliyyətimizi davam etdirmək istəyirik. Həm Avropa Şurası, həm ATƏT-lə bu istiqamətdə müzakirələrimiz olacaq. Eyni zamanda, əsas gücü təşkilatlanmaya verəcəyik.
[b]- Bu ay hakimiyyətlə müxalifət arasında dialoq nəzərdə tutulurdu. Ümumiyyətlə, dialoqun baştutma və effektvermə perspektivini necə görürsünüz?[/b]
- Hakimiyyətdən bu cür çağırışlar zaman-zaman olub. İndi də Əli Həsənov müxalifətlə dialoqdan danışır. Bu, Əli Həsənovun birinci dialoq çağırışı deyil. Azərbaycanda ictimai-siyasi proseslər qızışanda, hakimiyyət öz başını itirəndə Əli Həsənovun dili ilə belə təkliflər irəli sürür ki, müxalifətlə dialoqa hazırıq. Hesab edirəm ki, hakimiyyətin bu təklifi beynəlxalq təşkilatları aldatmaq, ictimai rəyi başqa istiqamətə yönəltmək, xalqın artan qəzəbini azaltmağa hesablanan addımdan başqa bir şey deyil. Ona görə də, biz heç vaxt hakimiyyət nümayəndələrinin bu cür təkliflərinə səmimi yanaşmamışıq. İnanmıram ki, belə bir dialoq baş tutsun. Əgər baş tutarsa, təbii ki, konkret təkliflərimiz var və onu hakimiyyətin diqqətinə çatdıracağıq. Eyni zamanda, İctimai Palata olaraq hakimiyyətə "Yol xəritəsi" təqdim eləmişik. Biz Azərbaycanda qarşıdurmanın əleyhinəyik, dəyişikliklərin dinc yolla həyata keçirilməsinin tərəfdarıyıq. Ona görə də hər zaman dialoqa hazırıq.
[b]- Qarşıdan gələn prezident seçkiləri ilə bağlı planlarınız nədən ibarətdir? [/b]
- Bu gün ortada olan aparıcı müxalifət liderlərini demirəm, hər hansı ziyalı, müxalifət partiyalarının funksionerlərindən biri prezidentliyə namizədliyini irəli sürsə, bu hakimiyyətə sözsüz qalib gələr. Ancaq bu seçki qanunvericiliyi, hakimiyyətin yürütdüyü bu siyasətlə belə dəyişikliklərin həyata keçirilməsi çox çətin olacaq. Ona görə də, bizim üçün əsas hədəf Seçki Məcəlləsinin dəyişdirilməsi, demokratik seçki mühitinin formalaşdırılması yönündə köklü dəyişikliklərin edilməsidir. Əgər bu hakimiyyət elementar dəyişiklik edib demokratik seçki keçirsə, 2013-də Azərbaycan xalqı bu hakimiyyətlə vidalaşar. Mənim 2013-cü ildən əsas gözləntim bundan ibarətdir.
[b]- Hər dəfə seçki ərəfəsində analoji bəyanatı verirsiniz, amma hakimiyyət mövqeyindən öz çəkilmir. 2013 ərəfəsində nə baş verəcək ki, hakimiyyət demokratik seçki mühiti yaratmalı olsun?[/b]
- Bilirsiniz, artıq dünyanın düzəni dəyişib. İndi bütün dünya diktatura rejimlərindən azad və ədalətli seçkilər tələb edir. Mənə elə gəlir ki, indi Azərbaycana olan baxış, nə 2003, nə də 2008-ci ilin baxışlarıdır. Artıq dünya Azərbaycandan başqa şeylər tələb edir. Hakimiyyət də bunu dərk etməlidir ki, nəhayət, Azərbaycanda da demokratik seçkilər keçirilməlidir. Əvvəllər Qərb dövlətlərini, beynəlxalq təşkilatları demokratiyadan çox digər məsələlər maraqlandırırdı. Ancaq bu gün həm Avropa Birliyinin, həm Avropa Şurasının, həm də ATƏT-in hesabatlarında Azərbaycanda demokratik təsisatların tətbiqi daha çox tələb olunur. Ona görə də, biz seçkiyə ilyarım qalmış seçki qanunvericiliyini dəyişdirilməsi tələbi ilə mübarizəyə başlamışıq. Azərbaycan hakimiyyəti də nəhayət, dünyanın səsini duymalıdır, beynəlxalq aləmin tələblərinə hörmətlə yanaşmalıdır və 92-ci ildən sonra ilk dəfə olaraq ölkədə demokratik seçki keçirməlidir.
[b]- Qərb də, müxalifət də, cəmiyyət də hakimiyyətdən islahat tələb edir. Necə düşünürsünüz, hakimiyyət islahatlara gedərsə, iqtidarı qoruyub saxalaya bilərmi?[/b]
- Əminəm ki, Azərbaycan xalqı bu hakimiyyətdən bezib. Hakimiyyətin bu günə qədər yeritdiyi həm istisadi, həm sosial siyasət insanlara o qədər ziyan vurub ki, onun sonradan hansısa formada dəyişməsi nəticə verməyəcək. Azərbaycan hakimiyyəti bundan sonra hansı formada islahatlar həyata keçirsə də, bu, onun xeyrinə işləməyəcək. Azərbaycan xalqı heç vaxt bu komandaya etibar etməz və inanmaz. Onsuz da, biz də, Azərbaycan xalqı da gözəl bilir ki, bunlar 2003-də, 2008-də hakimiyyətə necə gəliblər. 2013-cü ildə səs qazanmaq üçün hər hansı bir addım atılsa da, bu, əbəs yerə olacaq. Çünki Azərbaycan xalqı bu hakimiyyətin mahiyyətini dərk edib və bunların xalqdan səs alması gözlənilən deyil. Artıq hamımız bu hakimiyyətin necə korrupsioner, var-dövlət düşkünü olduğunu yaxşı başa düşürük. Bu mənada əminliklə deyə bilərm ki, hər hansı bir imitasiya Azərbaycan xalqını təmin etməyəcək.
[b]- Müxalifətin zəif yerlərindən biri də bir araya gələ bilməmək problemidir ki, bu da bütün seçkilərdə özünü daha qabarıq göstərir. 2013-də necə, müxalifətin daha geniş birliyinin yaranması mümkündür, yoxsa İctimai Palatadakı birliyi yetərli sayacaqsınız?[/b]
- Biz hər zaman müxalifətin birliyinin tərəfdarı olmuşuq. Bu gün Azərbaycanın iki aparıcı partiyasının bir araya gəlməsi, ayrı-ayrı ziyalıların, ictimai xadimlərin İctima Palatada təmsil olunması müxalifətin geniş spektrini əhatə edir. Amma bu gün yenə də bizim qapılarımız hər kəsin üzünə açıqdır. Bu rejimlə mübarizəyə hazır olan bütün qüvvələrlə bir yerdə olmaq niyyətindəyik.
[b]- Bəs, vahid namizəd məsələsi ilə bağlı nə deyə bilərsiniz?[/b]
- Biz hələ vahid namizəd məsələsini gündəliyə gətirmirik. Bu gün mübarizəmiz korrupsioner, talançı, insan haqlarını tapdalayan bir rejimlədir. Əsas məqsədimiz siyasi hakimiyyətin dəyişdirilməsi, bunun üçün də ilk növbədə demokratik seçki mühitinin formalaşdırılmasına nail olmaqdır. Zamanı gələndə vahid namizədin müəyyənləşməsi üçün hər hansı bir yol tapılacaq. Düşünürəm, elə bir yol tapılacaq ki, müxalifətin birliyinə xələl gətirmədən vahid namizəd müəyyənləşsin.
[b]- O da bildirilir ki, Müsavatla AXCP arasında vahid namizədin müəyyənləşməsi ilə bağlı gərginlik... [/b]
- [i](Sözümüzü kəsir)[/i] Hələlik bu istiqamətdə hər hansı müzakirə başlamayıb. AXCP olaraq partiyanın lideri dəfələrlə bəyan edib ki, mənim mübarizəm bu rejimə qarşıdır və bu rejimin dəyişməsi ilə bağlıdır. Vahid namizəd məsələsini də zamanında həll edəcəyik. Bununla bağlı hər hansı gərginlik də yoxdur.#601;t #601;n bu c#601;, bu hakimiyy#601;m Avropa Birliyinin, h#601;s almas#601;si, ayr