MMP partiya üzvlərinə aktiv fəaliyyətə bazlamaq göstərizi verdi

img

21-06-2012 [03:20]


Bu gün Muasir Musavat Partiyasının mərkəzi qərargahında partiyanın İdarə Heyətinin növbəti toplanntısı keçirilib. Toplantıda rayon təşkilat sədrləri və və son zamanlar partiyada verilən qərarların icrasını həyata keçirmək üçün yaradılmış işçi qrupu iştirak edib. Öncə iclasda partiyanın iyun ayının 4-də BMM-də keçirdiyi Siyasi Şuranın toplantısında MMP-nin mövqeyində nəzərdə tutulan dəyişikliklər haqda qəbul edilən qərarların icrası üçün işlənib hazırlanmş iş planı müzakirəyə çıxarılıb. Daha sonra partiyada yaradılmış təbliğat və təşviqat qruplarının gördökləri işin hesabatı dinlənilib. Görülən işin səviyyəsindən razı qalan MMP İdarə heyəti, payızda daha aktiv siyası fəaliyyətə başlamaq məqsədi ilə onlara bir sıra yeni tapşırıqlar verib. Qeyd edək ki, uzun zamandır ölkədə və dünyada baş verən ictimai-siyasi hadisələr MMP-də bir sıra yeni qər arların alınmasına və partiyada siyai aktivliyin artırılmasına səbəb olub. Muasir Musavat Partiyası 2013-cü il Prezident seçkilərinə qatılmaq üçün artıq hazırlıqlara başlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA