19-06-2012 [11:18]
[b]Hafiz Hacıyev: ?Çox geniş bir islahat dalğası başlayacaq, hakimiyyət də, xalq da həmin məmurlardan canını qurtaracaq?[/b]
Qarşıdan gələn 2013-cü il prezident seçkilərinə xeyli vaxt qalsa da, bəzi siyasi qüvvələr artıq marafona hazrlığa başlayıb. Müasir Müsavat Partiyası də (MMP) qeyri-rəsmi olsa da seçki hazırlıqlarına, təşkilati işlərə start verib. Bu və ya digər məsələlərlə bağlı qəzetimizə müsahibə verən MMP sədri Hafiz Hacıyev seçki ərəfəsində həm bəzi müxalifət nümayəndələrinə, həm də hakimiyyətdəki bəzi məmurlara qarşı mübarizə aparacağını deyir.
- Biz hər zaman fəaliyyətimizi seçkiyə həsr etmişik. Bütün fəaliyyətimiz boyu, hər hansı bir seçki prosesi başa çatan kimi növbəti seçkiyə hazırlıq işlərini davam etdiririk. Ona görə də MMP 2013-cü il prezident seçkilərində də öz namizədi ilə iştirak edəcək. Bu mənada hazırda partiyamız təşkilatlanmaya xüsusi önəm verib və bütün gücünü Azərbaycanda hər bir dairədə, məntəqədə ciddi şəkildə təşkilatlanmaya istiqamətləndirib. Bununla yanaşı, partiyamızın sıraları hər gün genişlənir. Seçkiyə hazırlıq və təşkilatlanma ilə bağlı partiyanın müvafiq qurumlarına tapşırıqlar verilib və işə başlamışıq.
[b]- Bəs seçkiyə gedən yolda konsepsiya və proqramlarınız varmı?[/b]
- Biz insanlara nə verəcəyimizi bəyan edirik və bunu özündə əks etdirən konsepsiya və proqramlarımız da var. Hazırda MMP siyasi cəhətdən çox güclü imkanı olan insanları ətrafına toplayıb. İstər müasir, istər Avropa standartlarına uyğun, istər də keçmişdə təcrübəsi olan insanlardan ibarət komanda formalaşdırmışıq. Millətimizi inandırmaqdan ötrü ortaya reallığa söykənən konsepsiya qoyuruq ki, biz hakimiyyətə gələndən sonra nələri edəcəyik. Hesab edirəm ki, bu dəfə əvvəlki seçkilərdən də daha fəal iştirak edəcəyik və öz gücümüzü ortaya qoyacağıq.
[b]- Budəfəki seçkidə hansısa qüvvələrlə əməkdaşlıq edəcəksiniz, yoxsa yenə də təkbaşına mübarizəyə başlayacaqsınız?[/b]
- Açığını deyim ki, mən ötən parlament seçkilərindən sonra çalışdım ki, Azərbaycanın mili qüvvələri bir araya gəlsin və birgə mübarizə aparaq. Lakin təəssüflər olsun ki, bu cəhdlərim baş tutmadı. Milli qüvvələr deyəndə bilməmişəm ki, onların əksəriyyəti Avropa dövlətlərinə, bəzi xarici qüvvələrə, erməni diasporuna işləyir. Xarici dövlətlərdən və bəzi mənfur qüvvələrdən dəstək alan Əli Kərimli ilə İsa Qəmbər müxalifətin ümumi birliyinin yaradılmasına və demokratiya naminə birgə mübarizənin formalaşmasına imkan vermədi. İl yarımdır ki, mən onun bu əməllərindən danışmırdım və özümə bir növ qadağa qoymuşdum ki, bəlkə düz yola gələr, millətin sözünü deməyə başlayarlar. Amma bunlar yenə də Azərbaycana düşmən olan dövlətlərin maraqlarına xidmət etməyə ara vermədilər, öz mənfur xislətlərindən əl çəkmədilər. Mən istəyirdim ki, hamımız çəkici bir zindana döyək. Lakin təəssüflər olsun ki, İctimai Palatada bir araya gələn iki partiya bizim təklifləri qulaq ardına vurdular. Onlar elə bir eyforiyaya qapılmışdılar ki, guya artıq hakimiyyətə gəlirlər və mənimlə bir yerdə olsalar, hakimiyyəti bölüşdürmək məcburiyyətində qalacaqlar. Ona görə də İsa Qəmbərlə Əli Kərimli ümumi birliyin baş tutmasına mane oldular. Bütün bunları nəzərə alaraq belə bir nəticəyə gəlmişəm ki, MMP yenə də müstəqil fəaliyyət göstərsin. Bu mənada həm satqın müxalifətə, həm hə hakimiyyətdəki bəzi xəyanətkar məmurlara qarşı mübarizə aparacağıq.
[b]- Belə çıxır ki, yenə də korrupsioner məmurlar Sizin hədəfinizdə olacaq?[/b]
- Təbii. Biz heç vaxt bu yoldan dönməyəcəyik. Bu gün hakimiyyətdə prezidentin əleyhinə işləyən məmurlar var ki, müxalifətə mesaj verirlər ki, aranı qatın, lazım gələndə sizinlə bir yerdə olacağıq. 2003, 2008-ci il prezident seçkilərində mən bu cür məmurları ifşa elədim. Onlardan bəziləri həbsxanadadır, bəziləri ölkəni tərk ediblər. 2013-cü il przident seçkilərində də eyniyl prezidentə qarşı çıxan məmurları ifşa etmək yolunu tutacağam. Radikal müxalifətlə əməkdaşlıq edən hakimiyyət daxilindəki qruplaşmalara imkan verməyəcəyəm ki, öz əməllərini davam etdirsinlər. Yəni qoymacayacam ki, İlham Əliyev təklənsin. Ortaya sual çıxa bilər ki, nəyə görə? Ona görə ki, bu gün Elçibəy hakimiyyəti dövründə mənimlə bir yerdə çalışan adamların yolunu azmasını bağışlaya bilmirəm. Belə olduğu halda məcburam ki, ölkə başçısına dəstək verim. Bu gün məni hədələyənlər də var ki, səi öldürəcəyik, seçkidə iştirak etməyə imkan verməyəcəyik.
[b]- Sizi hədələyənlər hakimiyyətdə təmsil olunanlardır, yoxsa?[/b]
- Onlar arasında hakimiyyətdə təmsil olunan insanlar da var. Bu gün elə məmurlar ki, müxalifət liderləri ilə görüşüb onlara maliyyə dəstəyi verir ki, aranı qarışdırsınlar, biz də rahat alverimizlə məşğul olaq. Yəni, vəziyyət budur.
[b]- Siz həmişə konkret ünvan, ad göstərirdiniz. Bəlkə ad çəkəsiniz. 2013-də hədəfinizdə hansı məmurlar, hansı strukturlar olacaq?[/b]
- Siz çox ağıllı oğlansız və bilirsiniz ki, onların adını çəksəm, məni bir saata ?yox? eliyərlər. Çünki həmin məmurların əlində xalqdan taladıqları milyonlar var və istədiklərini edə bilirlər, Hafiz Hacıyevi öldürtmək də onlar üçün elə də çətin iş deyil. ?Eurovision? ərəfəsində də gördünüz ki, hakimiyyətdəki həmin qruplaşmalar müxalifətə nə qədər pul buraxmışdı ki, ölkədə aranı qarışdırsınlar. Üstüörtülü deyə bilərəm ki, bu hakimiyyətin çörəyini yeyib iqtidar sahibinə xəynət edənlər var, amma onların qol-budaq atmağına imkan verməyəcəyəm. İmkan vermərəm ki, radikal müxalifət ölkədə aranı qatıb vəziyyəti daha da pisləşdirsinlər.
[b]- Hafiz müəllim, Siz müxalifəti ittiham edirsiz, amma bu gün ölkədə olan problemlərin səbəbkarı müxalifət yox, hakimiyyətdir, ayrı-ayrı məmurlardır?[/b]
- Biz demirik ki, Azərbaycanda hər şey əladır, qurd quzu ilə otlayır. Təbii ki, bu gün hakimiyyətdə simasını itirmiş məmurlar var. Nazirlər, komitə sədrləri, icra başçıları var ki, xəyanətkar mövqe tutublar. Bunun günahı da müxalifətdədir.
[b]- Müxalifət məmurların əməllərinə görə necə təqsirkar ola bilər axı?[/b]
- Qeyd etdiyim müxalifət liderləri öz fəaliyyətləri ilə onların daha çox qanunsuzluq etməsinə şərait yaradırlar. Həmin müxalifət liderləri bir dəfə də olsun ad çəkirlərmi ki, filan nazir, filan məmur bu qanunsuzluğu edib. Ancaq bir adamdan, prezidentdən yapışırlar. Bir fakt deyim. Göygöl rayon məhkəməsinin hakimi kəndçinin elementar bir işi üçün qapısındakı inəyini alır. İndi prezident nə etməliir? Bütün işini gücünü atıb gedi Göygölün hakimini güdməlidir ki, vətəndaşın inəyini almasın? Onlar alverçi mövqeyindən çıxış edirlər və hakimiyyətdəki alverçi qruplaşmalarla əlbir olub ölkəni bataqlığa sürükləyirlər.
[b]- Necə düşünürsünüz, hakim komandanın Siz dediyiniz məmurlardan təmizlənməsi gözlənilirmi?[/b]
- Mən əminəm ki, cənab prezident tezliklə onları komandadan uzaqlaşdıracaq. Məndə çox ciddi məlumatlar var ki, prezident qısa müddətdə islahatlara gedəcək. Ölkə başçısı çox gözəl bilir ki, hansı məmur korrupsiyaya bulaşıb, hansı nazir talançılıqla məşğuldur. Ona görə də çox geniş bir islahat dalğası başlayacaq, hakimiyyət də, xalq da həmin məmurlardan canını qurtaracaq.
[b]- Yerindən tərpənməz nazirlər də gedəcək, yoxsa daha kiçik rütbəli məmurlar yola salınacaq?[/b]
- Ümid edirəm ki, budəfəki islahat dalğası çoxlarını yerindən tərpədəcək. Hakimiyyətə ləkə gətirən məmurlardan təmizlənəcək. Korrupsioner və talançı məmurların qara siyahısı hazırdır. Ölkə başçısı ?gələcəkdə mən prezident olacağam? deyən məmurların üzərinədə qara kölgə salacaq. Hesab edirəm ki, biz də bu məsələdə prezidentə dəstək verməliyik. Onu da demək kitəyirəm ki, müxalifətin bir araya gəlməsinə manne olan şəxslərdən də canımızı qurtarsaq, hər şey yaxşı olacaq.
[b]- Hafiz müəllim, Rəsul Quliyev də 2013-cü il prezdident seçkilərində iştirak edəcəyini bəyan edib. Onu özünüzə alternativ görürsünüzmü?[/b]
- Vallah, mən Rəsul Quliyev heç yerdə görmürəm. Onun elə bir gücü yoxdur, özü də qorxaq bir adamdır. Rəsul Quliyevin Azərbaycana gəlməsi ilə bağlı heç bir şansı yoxdur. Bir vaxtlar Azərbaycana jəlmək istəyirdi, burda xeyli təbliğat işi aparıldı. Amma burdakı müxalifətçi həmkaları onun bir milyon dollarını alıb yedilər, axırda da özü cəsarət göstərib gəlmədi. Bununla yanaşı, mən hazırda Azərbaycanda Rəsul Quliyevə inanan, onun ardınca gedəcək adam görmürəm.
[b]- Artıq Rəsul Quliyev partiyasında da rəhbər dəyişikliyi elədi, Sülhəddin Əkbəri sədr gətirdi. Bu dəyişikliyi necə qiymətləndirirsiniz?[/b]
- Sizə bir şeyi deyim ki, bu günə kimi mövqeyini dəyişən, öz əqidəsinə dönük adam varsa, hamısı Müsavatdan çıxıb. Rasim Musabəyov, Qabil Hüseynli, Sülhəddin Əkbər hamısı müəyyən zamanlarda mövqeyini dəyişən adamlardır. Ona görə də düşünmürəm ki, Sülhəddin Əkbərin Rsul Quliyevin partiyasına sədr gəlməsi elə də ciddi bir hadisə deyil. Mənim Müsavat Partiyası barədə dediklərimi Sülhəddin Əkbər və digərləri indi deyirlər. Onu da nəzərə çatdırım ki, eyni aqibət İctimai Palatanı da gözləyir. Yaxın günlərdə İctimai Palatanı da dağıdacaqlar. İndii vahid namizəd məsələsini ortaya atıblar, bur da həmin qurumun sonu olacaq. Rəsul Quliyev də düşünürsə ki, hamı zəifləyəndən sonra ona hakimiyyətə gətirib qoyacaqlar, amma yanılır. Rəsul Quliyevin özü korrupsionerin biri idi, ən böyük talançılığı özü edirdi. Bu gün də hakimiyyətin ünvanına tənqidi fikirlər səsləndirir.
[b]- O fikirlər də səslənir ki, ona hakimiyyət daxilindən də kimlərsə dəstək verir?[/b]
- Hakimiyyətdə o qədər satqınlar var ki, Rəsul Quliyevə də dəstək verə bilərlər. Rəsul Quliyevin tapşırığı ilə Sülhəddin Əkbərə ?Jeep? alıb verən rektorun kim olduğu da bizə məlumdur. Çox təəssüf ki, həmin adam barəsində tədbir görmürlər. Düşünmürəm ki, cənab prezident bu cür adamlara sonna qədər göz yumsun. Bayaq qeyd etdiyim islahat prosesi başlayan kimi bu cür vəzifə sahəibləri ya tutduğu vəziyədən uzaqlaşdırılacaq, ya da həbsxanaya göndəriləcək.
Z.MƏMMƏDLİ
#601;rind#252;#601;f