Milli Məclis eks-prezidentlər haqqında qanunu qəbul etdi

img

12-06-2012 [12:34]


Bu gün Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirilir. Parlamentin növbədənkənar sessiyasının ilk iclasında gündəliyə 10 məsələ daxil edilib. İlk olaraq ?Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında? Azərbaycan Respublikasının Konstitusiya qanunu ikinci, sonuncu səsverməyə çıxarılıb. Spiker Oqtay Əsədov bildidb ki, bu qanun layihəsi Konstitutsiya qanunu olduğu üçün 6 aydan sonra yenidən səsverməyə çıxarılmalı idi. Ona görə sənəd prosedur qaydalarına uyğun olaraq Milli Məclisdə səsverməyə çıxarılıb. Qanun layihəsi barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Müzakirələrdən sonra Milli Məclius 109 deputat lehinə, 1 nəfər əleyhinə olmaqla qanun layihəsini qəbul edib. Qeyd edək ki, sözügedən qanun əvvəllər prezident olmuş şəxsin və onun ailə üzvlərinin təminat qaydalarını müəyyən edir. Qanuna görə, keçmiş prezident hazırda prezident olan şəxsin aylıq əməkhaqqının 50 faizi qədər aylıq pensiya almalıdır. Keçmiş prezidentə üç nəfərdən artıq olmayan təhlükəsizlik heyəti, bir sürücü, bir avtomobil verilir. Keçmiş prezident və onun həyat yoldaşı baş prokurorunun icazəsi olmadan (cinayət başında yaxalanma hallarından başqa) cinayət məsuliyyətinə cəlb edilə, tutula bilməz. Eks-prezidentlərdən yalnız Ayaz Mütəllibov sağdır və hazırda Moskvada yaşayır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA